Azərbaycanda şəkər tozu qıtlığı yaşanır?
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda pərakəndə və topdan satılan şəkər tozunun qiymətində artım müşahidə edilir.
Pərakəndə satılan şəkər tozunun bir kiloqramının qiymətində 10-20 qəpik, topdan satılan şəkər tozunun qiymətində, yəni 50 kiloqramlıqlarda isə 3-4 manat artım olduğu bildirilir.
Satıcılar bahalaşmanı kompot, mürəbbə sezonu olması ilə əlaqələndirirlər: “Tələbat artdığı üçün qiymətləri qaldırırlar. Əvvəl 5 idisə, indi 10 kisə sifariş veririk. Təkcə 5-ni göndərirlər. Bu o deməkdir ki, qıtlıqdır”.
Məsələ ilə bağlı iqtisadçı Elşad Məmmədov deyib ki, dünya bazarında qiymətin artması daxili bazarda da özünü göstərməkdədir: “İnhisarçılıq meyllərin mövcud olması qiymətlərin artan xətt üzrə inkişafına şərait yaradır. Eyni zamanda ölkədə istehsal üçün lazım olan kreditlə bağlı problemlər var. Bununla yanaşı, suvarma təşkili ilə bağlı problemlər də yerli istehsalı qiymət baxımından daha az rəqabətli edir”.
İqtisadçı idxaldan asılılığın azaldılmasını zəruri hesab edir. Payız aylarında qiymətlərin daha da bahalaşacağı da istisna deyil.
#Qiymət artımı teqi istifadə olunub
- Ekspertlər bahalaşma ilə bağlı səbəbləri açıqladı
- Kərə və bitki yağlarında bahalaşmanın səbəbi | Qiymətlər niyə bu qədər artdı? - Baku TV
- Azərbaycanda kərə və duru yağlar daha da bahalaşır? - Baku TV CANLI
- Azərbaycan nə qədər hazırlıqlıdır?
- Artım avropalı sürücülərə gündəlik 203 milyon avroya başa gəlir
