Azərbaycanın enerji strategiyasına qarşı təxribat izləri?
SOCAR-ın İnvestisiya Departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadənin külli miqdarda mənimsəmə və iqtisadi təhlükəsizliyə qarşı təxribat ittihamları ilə həbs olunması Azərbaycanın enerji strategiyası ətrafında ciddi müzakirələrə səbəb olub. Baku.TV materialında qeyd edilir ki, bu proses adi korrupsiya hadisəsindən daha dərin və strateji məna daşıya bilər. Azərbaycanın qlobal enerji bazarında güclənən mövqeyi və siyasi nüfuzu bəzi xarici gücləri, xüsusən də regionda nüfuz dairəsini qorumağa çalışan Rusiya kimi ölkələri narahat edir. Təhlilə görə, Əhmədzadə ətrafındakı iddialar şəxsi tamahla yanaşı, həm də Azərbaycanın etibarlı enerji mövqeyini zəiflətməyə hesablanmış planlı addımlar ola bilər. Qeyd olunur ki, Azərbaycanın enerji siyasəti ölkənin iqtisadi müstəqilliyinin və siyasi təsir gücünün əsas dayaqlarından biridir və bu dayağın zəiflədilməsi cəhdləri birbaşa milli maraqlara ziddir. Dövlət Təhlükəsizliyi Xidmətinin apardığı istintaqın nəticələri həm hüquqi, həm də milli təhlükəsizlik baxımından diqqətlə izləniləcəkdir.
#Adnan Əhmədzadə teqi istifadə olunub
