Azərbaycanın gücünü göstərən tarix: 25 Noyabr - Kəlbəcər Şəhəri Günüdür
Yeniliklərdən dərhal xəbərdar olun
Noyabrın 25-i Kəlbəcər Şəhəri Günüdür. Rayonu Ermənistan işğalçı ordusunun tərk etməsindən 5 il ötür.
Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il noyabrın 25-də Kəlbəcər Şəhəri Günü təntənəli şəkildə qeyd edilir.
Kəlbəcərin azad edilməsi Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin siyasi liderliyi, sərkərdəlik qabiliyyəti və Azərbaycan Ordusunun Vətən müharibəsindəki uğurlu hərbi əməliyyatları nəticəsində mümkün olub.
Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın 2020-ci il noyabrın 10-da 44 günlük müharibənin nəticələrinə uyğun olaraq imzaladıqları bəyanata əsasən, Kəlbəcər noyabrın 15-də Azərbaycana qaytarılmalı idi. Lakin Ermənistan tərəfi ordunun və qanunsuz olaraq yerləşdirdiyi insanların rayondan çıxarılması üçün əlavə 10 gün vaxt istədi. Ona görə də Azərbaycan dövləti öz humanist xarakterini bir daha nümayiş etdirməklə müddəti noyabrın 25-dək uzatdı.
Xatırladaq ki, terrorçu-işğalçı erməni silahlı dəstələri 1993-cü il aprelin 2-də Kəlbəcəri işğal etmişdi. İşğal nəticəsində 53 340 nəfər öz yurdundan didərgin düşüb, 55 hərbçi, 511 mülki insan öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb, minlərlə sakin yaralanıb.
Hazırda Kəlbəcərdə bərpa-yenidənqurma işləri aparılır, yeni infrastruktur qurulur.
#Kəlbəcər teqi istifadə olunub
- Dünyanın nüfuzlu səyyah klublarının nümayəndələri Kəlbəcərə gəliblər - Baku TV
- Diplomatik korpusun nümayəndələri Kəlbəcərdə tarixi abidəyə baş çəkdilər - Baku TV
- Diplomatik korpusun nümayəndələri festivalda iştirak edib - Baku TV
- Kəlbəcərdə əmək bazarında yeni mərhələ | İş axtaranlar üçün yeni imkanlar - Baku TV
- Kəlbəcərdə mina partladı | Yaralının vəziyyəti açıqlandı - ANA XƏBƏR
