Pleyeri seçin:
Azərbaycanlı diplomat ağır xəstəlikdən dünyasını dəyişib
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanlı diplomat Elşən Abduləzimov ağır xəstəlikdən vəfat edib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib.
“Dəyərli həmkarımız, peşəkar diplomat Elşən Səməd oğlu Abduləzimov ağır xəstəlikdən sonra vəfat edib. Mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!”, – paylaşımda bildirilib.
Qeyd edək ki, Elşən Abduləzimov Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğunda səfiri, Avropa İttifaqı yanında Nümayəndəliyinin birinci katibi olub. O, Prezident İlham Əliyevin Sərəncamı ilə “Diplomatik xidmətdə fərqlənməyə görə” medalı ilə təltif olunub.
Kopyalandı
