Azərbaycanlı milyarder barədə qalmaqallı iddia | Rusiyada ev dustaqlığı cəzası almışdı, amma...
Rusiyada ev dustaqlığı cəzası alan azərbaycanlı milyarder, “Ximki” futbol klubunun investoru Tufan Sadıqov ev dustaqlığından azadlığa buraxılıb.
Onunla birlikdə RM şirkətinin təsisçisi Olqa Danilova, “Soyuzdorstroy” şirkətinin keçmiş baş direktoru Yelena Oşirova və “MTU Saturn”un baş direktoru Artem Suslikov da ev dustaqlığından azad edilib.
Sahibkarlar Salman Yusupov və İqor Vaşuninin ev dustaqlığının müddəti isə uzadılıb. Onların hamısı mütəşəkkil dəstənin tərkibində xüsusilə külli miqdarda dələduzluqda ittiham edilib və T.Sadıqovla birlikdə onun işi üzrə tutulublar.
Müstəntiqlərin fikrincə, müttəhimlər əlaqəli olduqları şirkətlərlə saxta kredit müqavilələri bağlayıblar. Bu şirkətlər vasitəsilə geri qaytarmaq niyyətində olmayan kreditlər alıblar. Nəticədə kreditorlar xeyli itki ilə üzləşiblər.
#Rusiya teqi istifadə olunub
- Azərbaycanla sülh fonunda Ermənistan-Rusiya münasibətlərində nə dəyişəcək? - Baku TV CANLI
- Köhnə qitədə yeni savaş anonsu | Moskvanın növbəti hədəfi Avropadır? - BAKU TV CANLI
- Rusiya Ermənistanın xarici siyasətində nəyi dəyişmək istəyir? - Baku TV CANLI
- Moskvanın İrəvandakı əsas nümayəndəsi ilə bağlı diqqətçəkən iddia yayılıb - ANA XƏBƏR
- “Tramp yolu” Ermənistan-Rusiya münasibətlərində yeni ziddiyyətləri yaradır? - AKTUAL GÜNDƏM
