Pleyeri seçin:

Azyaşlının ölümündə təqsirləndirilən məşqçinin məhkəməsi qapalı keçiriləcək?

09 sentyabr 2023 430 baxış

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə sambo üzrə məşqçi Mehman Xəlilovun məhkəməsi başlayıb. O, Sumqayıtdakı məktəblərdən birinin idman zalında məşq vaxtı 7 yaşlı Fərid Bakarovu döyüb öldürməkdə ittiham olunur.

Məhkəmədə zərərçəkmişin hüquqi varisi qismində uşağın anası Aynurə Məlikova tanınıb. Ana məhkəmədə tələb edib ki, proses qapalı keçirilsin.

“Bu, onunla mənim aramda olan məsələdir. Nə söhbətlər olubsa da, onunla mənim aramdadır, özümüz bilirik. Şou yaradılmasını istəmirəm. O biri oğlum məktəbə gedir”, – Aynurə Məlikova məhkəmənin qapalı keçirilməsi haqda tələbini belə əsaslandırıb.

Məşqçi Mehman Xəlilovun vəkili Anar Qasımlı isə bildirib ki, məhkəmə prosesinin açıq və ya qapalı keçirilməsi onlar üçün o qədər fərq eləmir. Hərçənd, bir sıra həqiqətlərin ictimaiyyətə çatdırılması baxımından açıq keçirilməsində daha çox maraqlıdırlar:

“İdman zalından görüntünün yayılması cəmiyyətdə hüquqlarını müdafiə etdiyim şəxsə qarşı xüsusi qəzəb yaratdı. Bu da sonda ona çox ağır ittihamlar verilməsi ilə nəticələndi. Halbuki, işdə başqa məqamlar var və onlar təqsirləndirilən şəxsin xeyrinə yozula bilər”.

Hakimlər öz aralarında müzakirə edəndən sonra bu iş üzrə məhkəmə araşdırmalarını qapalı keçirmək qərarına gəliblər.

“Bu cinayət işində şəxsi həyata aid, ailə sirri hesab olunan məsələlər, yazışmalar var. Ona görə hesab edirik ki, məhkəmə istintaqının qapalı keçirilməsi məqsədəuyğundur”, – hakim Fəhmin Hümbətov qərarı belə əsaslandırıb.

Banner
Paytaxtda hərbi orkestrlərin nümunəvi çıxışları təşkil edilib - Baku TV

Paytaxtda hərbi orkestrlərin nümunəvi çıxışları təşkil edilib - Baku TV

Cəmiyyət
08 noyabr 2026 430 baxış
Qələbə sevinci ölkənin dörd bir yanında qeyd olunur

Qələbə sevinci ölkənin dörd bir yanında qeyd olunur

Cəmiyyət
08 noyabr 2026 430 baxış
İllərin həsrətinə son qoyan möhtəşəm Zəfər Günü | Əməkdaşımız Zəfər parkında - Baku TV

İllərin həsrətinə son qoyan möhtəşəm Zəfər Günü | Əməkdaşımız Zəfər parkında - Baku TV

Cəmiyyət
08 noyabr 2026 430 baxış
“Elə şey yoxdur, başına dönüm...” | Bağçada qalmaqal: uşaqların ərzağı mənimsənilir? - Baku TV

“Elə şey yoxdur, başına dönüm...” | Bağçada qalmaqal: uşaqların ərzağı mənimsənilir? - Baku TV

Cəmiyyət
08 noyabr 2026 430 baxış
“Hər kəs buraya axın edir” | Zəfər parkından canlı bağlantı - Baku TV

“Hər kəs buraya axın edir” | Zəfər parkından canlı bağlantı - Baku TV

Cəmiyyət
08 noyabr 2026 430 baxış
Pəhriz adı ilə qida saxtakarlığı? | Yağı azdır, bəs şəkəri? - Etiketdə gözdən qaçan detallar

Pəhriz adı ilə qida saxtakarlığı? | Yağı azdır, bəs şəkəri? - Etiketdə gözdən qaçan detallar

Cəmiyyət
08 noyabr 2026 430 baxış
Ordumuzun tarix yazdığı gün | Azərbaycanda Zəfər coşqusu - Baku TV CANLI

Ordumuzun tarix yazdığı gün | Azərbaycanda Zəfər coşqusu - Baku TV CANLI

Cəmiyyət
08 noyabr 2026 430 baxış
8 Noyabr Zəfər Günüdür - Baku TV

8 Noyabr Zəfər Günüdür - Baku TV

Cəmiyyət
08 noyabr 2026 430 baxış
“Evin tək oğlu idi..."  | 23 yaşında adını Zəfər tarixinə həkk edən qəhrəman - Baku TV

“Evin tək oğlu idi..." | 23 yaşında adını Zəfər tarixinə həkk edən qəhrəman - Baku TV

Cəmiyyət
08 noyabr 2026 430 baxış
Qələbə sevinci ölkənin dörd bir yanında | Azərbaycan Zəfər Gününü qeyd edir - Baku TV

Qələbə sevinci ölkənin dörd bir yanında | Azərbaycan Zəfər Gününü qeyd edir - Baku TV

Cəmiyyət
08 noyabr 2026 430 baxış
Seçilmişlər
icon