Pleyeri seçin:
Bakı-Quba yolunda hərəkət məhdudlaşdırıldı | AAYDA-dan vacib məlumat
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılıb.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, bu, yolun 102-ci kilometrində yolötürücüdə və kanal üzərində yerləşən körpüdə aparılacaq təmir işləri ilə əlaqədardır. Məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq.
“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, ərazidə qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur”, – məlumatda qeyd edilib.
Kopyalandı
#Bakı-Quba-Rusiya yolu teqi istifadə olunub
- "Gecələr çox olur, anidən çıxır..." | Ödənişli yol niyə ölüm saçır? - Baku TV
- Sürücülərin nəzərinə | Hərəkətin təşkilindəki dəyişiklik barədə xəbərdarlıq
- Ödənişli yoldan istifadə edənlər bunları mütləq bilsin
- Şabranda ağır yol qəzası | Ölən və yaralananlar var
- Turistləri Nabrana aparan qəzalı körpünün aqibəti necə olacaq?
