Pleyeri seçin:
Bakı sakinləri səhərini zəlzələ xəbərdarlığı ilə açdı
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün səhər saatlarında vətəndaşların telefonuna zəlzələ xəbərdarlığı barədə mesaj gəlib.
Respublika Seysmoloji Xidmət Mərkəzinin informasiya şöbəsindən bildirib ki, bu məlumatın Azərbaycanla heç bir əlaqəsi yoxdur. Zəlzələ Türkmənistanda baş verib.
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, yerli vaxtla 05:37-də, 5 bal gücündə yeraltı təkanlar qeydə alınıb. Zəlzələnin episentri Türkmənbaşı şəhərindən 52 km şimalda, Bakıdan 272 km şimal-şərqdə, ocağı isə 47 kilometr dərinlikdə olub.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Kopyalandı
#Zəlzələ teqi istifadə olunub
- Pekində fəlakət bölgəsində xilasetmə və bərpa işləri gücləndirilir
- Hündürmərtəbəli binaların sakinləri təxliyə edilib
- Kolumbiyada zəlzələ bölgəsində itkilər artır | Axtarış əməliyyatları davam etdirilir - Baku TV
- Kolumbiya ərazisində 7.4 maqnitudalı yeraltı təkanlar baş verib
- Kolumbiyada güclü zəlzələ baş verib | Xilasetmə işləri aparılır - Baku TV
