Pleyeri seçin:
Bakı və Gəncə şəhərləri üzrə... | Məktəbəhazırlıq qrupları ilə bağlı vacib məlumat
Ümumi təhsil müəssisələrinin Azərbaycan bölməsi üzrə uşaqların məktəbəhazırlıq qruplarına qəbulu üçün sərbəst qaydada məktəb və müəllim seçiminə start verilib.
22 iyul saat 16:00-dan etibarən Bakı və Gəncə şəhərlərindəki ümumtəhsil müəssisələrində məktəbəhazırlıq qrupları üzrə prioritetlə seçim sərbəst qaydada seçimlə əvəz olunub. Seçim prosesi mektebeqebul.edu.az portalı vasitəsilə aparılır.
Qeyd edək ki, internetə çıxış imkanı olmayan vətəndaşlar aidiyyəti üzrə alternativ qeydiyyat mərkəzlərinə, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və yerli təhsili idarəetmə bölmələrinin çağrı mərkəzlərinə, həmçinin ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.
Kopyalandı
#Məktəbəhazırlıq qrupları teqi istifadə olunub
