Pleyeri seçin:

Bakıda 4 dəfə həbs edilib, azad olunan kimi arvadını qətlə yetirən şəxs

19 dekabr 2023 448 baxış

Həyat yoldaşı 34 yaşlı Tacirə Salmanovanı çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirməkdə təqsirləndirilən Yevlax sakini Teymur Məmmədovun cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə baş tutan prosses zamanı müttəhimin anket məlumatları dəqiqləşdirilməklə yanaşı, məhkəmənin tərkibi barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb. Məhkəmə müşavirədən sonra ilk baxış iclasının vaxtını təyin edib.

Qeyd edək ki, Teymur Məmmədov əvvəllər də Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 4 dəfə məhkum olunub. O, sonuncu dəfə həbsdən azad olunandan 4 gün sonra həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinərək saxlanılıb. Buna səbəb kimi isə onun həyat yoldaşının narkotik maddə aludəçisi olduğuna şübhələrinin olması bildirilsə də, bu iddia məhkəmə-tibbi ekspertizası zamanı öz təsdiqini tapmayıb.

Teymur Məmmədovla Tacirə Salmanovanın birgə nikahdan 4 övladları var. Qətlə yetirilən Tacirə Salmanova həyat yoldaşı həbsxanada olduğu zaman üzərlik satmaqla övladlarını dolandırıb.

İş üzrə keçirilən məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Tacirə Salmanovanın meyitinin üzərində 19 bıçaq xəsarəti müəyyən edilib. Təqsirləndirilən Teymur Məmmədov Cinayət Məcəlləsinin xüsusi amansızlıqla adam öldürmə maddəsi ilə ittiham olunur. 

Banner
"Psixoloq pasiyentin ruhu ilə məşğul olmalıdır" | Acı çəkməyən adam müdrik ola bilərmi? - AMİN

"Psixoloq pasiyentin ruhu ilə məşğul olmalıdır" | Acı çəkməyən adam müdrik ola bilərmi? - AMİN

Cəmiyyət
22 oktyabr 2026 448 baxış
Azərbaycanda ortaaylıq əməkhaqqı 7 faizdən çox artdı | Göstərici qənaətbəxşdir? - Baku TV

Azərbaycanda ortaaylıq əməkhaqqı 7 faizdən çox artdı | Göstərici qənaətbəxşdir? - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 448 baxış
2035-ci ilə qədər istilik sistemlərində nəzərdə tutulan böyük dəyişiklik nədir? - Baku TV

2035-ci ilə qədər istilik sistemlərində nəzərdə tutulan böyük dəyişiklik nədir? - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 448 baxış
Çətirlərinizi hazırlayın! | Bakıda yaz havası sona çatır? - Baku TV CANLI

Çətirlərinizi hazırlayın! | Bakıda yaz havası sona çatır? - Baku TV CANLI

Cəmiyyət
22 oktyabr 2026 448 baxış
“Yaşamaq mümkün deyil, yayda lap dəhşətdir” | Xırdalan sakinlərini bezdirən problem - Baku TV

“Yaşamaq mümkün deyil, yayda lap dəhşətdir” | Xırdalan sakinlərini bezdirən problem - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 448 baxış
Xırdalandakı 13 mərtəbəli binada nə baş verir? | Sakinlər özündən çıxdı - Baku TV

Xırdalandakı 13 mərtəbəli binada nə baş verir? | Sakinlər özündən çıxdı - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 448 baxış
”Global Media Group”un təşəbbüsü ilə növbəti ağacəkmə aksiyası - Baku TV

”Global Media Group”un təşəbbüsü ilə növbəti ağacəkmə aksiyası - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 448 baxış
“Gecələr gizləndikləri yerdən çıxıb...” | Əqrəb sancan zaman ilk nələr edilməlidir? - Baku TV

“Gecələr gizləndikləri yerdən çıxıb...” | Əqrəb sancan zaman ilk nələr edilməlidir? - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 448 baxış
"Martda daşdı, 200-dən çox ailə kirayədə qaldı" | Masazırda yüzlərlə tikili su altında qala bilər

"Martda daşdı, 200-dən çox ailə kirayədə qaldı" | Masazırda yüzlərlə tikili su altında qala bilər

Cəmiyyət
22 oktyabr 2026 448 baxış
“Mənə daşın üstü də yararlıdır” | Vətəndaş 10 ildir torpağını niyə rəsmiləşdirə bilmir? - Baku TV

“Mənə daşın üstü də yararlıdır” | Vətəndaş 10 ildir torpağını niyə rəsmiləşdirə bilmir? - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 448 baxış
Seçilmişlər
icon