Bakıda bəhsə düşüb küçələri bir-birinə qatan sürücülərin sonu
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Suraxanı rayonunda sürət yarışı keçirən sürücülər saxlanılıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən verilən məlumata əsasən, “Mercedes” markalı 77-YG-294 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Kərimov Mehdi Tahir oğlu və “Mercedes” markalı 11-BH-180 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Abbasov Sadiq Famil oğlu avtoxuliqanlıq hərəkətləri etdikləri üçün Suraxanı Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar.
Sürücülər barəsində toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə Suraxanı Rayon Məhkəməsinə təqdim olunub. Məhkəmənin qərarına əsasən, sürücü M.Kərimovun sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 2000 manat, S.Abbasovun isə sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 2500 manat məbləğində cərimə olunub.
#Suraxanı teqi istifadə olunub
- Suraxanıda bədbəxt hadisə | Ev uçdu, bir nəfər öldü - Baku TV
- Suraxanıda yaşayış evində uçqun olub | Ölən və yaralanan var - Baku TV
- Suraxanı sakinləri dayanacaqsız qaldı | Yağışın altında avtobus gözləyirlər - Baku TV
- Evləri su içərisində olan sakinlərin problemi niyə həll olunmur? - Baku TV
- 10 ildir Qaraçuxur sakinlərinin gününü qara edən problem niyə həll edilmir? - Baku TV
