Bakıda bu küçənin bir hissəsi əsaslı şəkildə yenidən qurulur | AAYDA görüntülər yaydı
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "Ağ şəhər" yol infrastruktur layihələri çərçivəsində Süleyman Vəzirov küçəsinin bir hissəsində yenidənqurma işləri aparır.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, uzunluğu 1100 metr təşkil edən sözügedən küçənin hərəkət hissəsinin eni 14 metrdir.
Yenidənqurma işləri çərçivəsində küçəboyu frezlənmə işləri aparılıb, vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə mövcud piyada səkiləri bərpa olunur, zəruri yerlərdə yeniləri inşa edilir.
Küçə boyu 5 metr enində yeni piyada səkilərinin tikintisi icra olunur, səki hissələrin bəzək daşlarla örtülməsi işləri aparılır.
Bundan başqa, avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz parklanmasını təmin etmək üçün 2,5 metr enində xüsusi parkinq yerləri yaradılır.
"İnşaat Norma və Qaydaları"nın tələblərinə əsasən, yeni asfalt-beton örtüyünün döşənməsi, avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin təşkili üçün işıqforların və siqnal dirəklərinin quraşdırılması, zəruri yerlərdə yol nişanlarının qoyulması, yolcizgi, yolgöstərici, həmçinin piyada zolaqlarının çəkilməsi ilə küçənin sözügedən hissəsi qısa müddət ərzində yeni və müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.
#Yol təmiri teqi istifadə olunub
- 5 ayda 101 küçə təmiri, 5 yenidən inşa olunan körpü - Bakının yol infrastrukturu yenilənir - Baku TV
- “Beləsi asfaltdan da gözəldir” | Şəhidin adını daşıyan küçədə sakinlərdən nümunəvi addım - Baku TV
- "Hər şey qaydasında olacaq” dedikləri yol niyə bərbad haldadır? - “Gecə saat 3-də...” - Baku TV
- Süleyman Sani Axundov küçəsində xaotik vəziyyət - Baku TV
- Paytaxtda aparılan qazıntılar yollarda əlavə sıxlıq yaradıb - Baku TV CANLI
