Pleyeri seçin:

Süleyman Sani Axundov küçəsində xaotik vəziyyət - Baku TV

29 sentyabr 2026 6 baxış

“Azadlıq prospekti” metro stansiyası yaxınlığındakı Süleyman Sani Axundov küçəsində aparılan təmir-bərpa işləri, asfalt örtüyünün dəyişdirilməsi bu və ətraf yollarda sıxlığa səbəb olub.

Səhər saatlarından etibarən avtomobillər yollarda qalıb. Sürücülər hərəkət etmək üçün ara küçələrdən və alternativ yollardan istifadə etməyə məcbur olurlar. Bu isə nəqliyyat sıxlığını daha da artırır.

İlin bu vaxtında aparılan təmir-bərpa işləri və asfalt örtüyünün dəyişdirilməsi sürücülərin narazılığına səbəb olub. Onlar təmir işlərinin niyə yay aylarında deyil, məhz indi aparıldığını və bunun nəticəsində yollarda xaotik vəziyyət yarandığını bildirirlər.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, sözügedən küçə Bakı şəhərində həyata keçirilən genişmiqyaslı yol təmiri proqramı çərçivəsində yenilənməsi nəzərdə tutulan 110 küçədən biridir:

“Proqram çərçivəsində indiyədək 80 küçədə təmir işləri yekunlaşdırılıb. Digər ünvanlarda isə işlər mərhələli şəkildə davam etdirilir. Süleyman Sani Axundov küçəsinin qeyd olunan hissəsində təmir işlərinin iki gün ərzində aparılması nəzərdə tutulur. Bu gün köhnə asfalt-beton örtüyünün frezlənməsi işləri həyata keçirilir. Sabahdan etibarən isə yeni asfalt-beton örtüyünün döşənməsinə başlanılması planlaşdırılır. İşlər yekunlaşdırıldıqdan sonra sözügedən hissədə nəqliyyat vasitələrinin hərəkəti tam şəkildə bərpa ediləcək”.

Kopyalandı
"Suda xilas edilənlərin sayı..." | FHN-dən xilasetmə əməliyyatları barədə açıqlama - Baku TV

"Suda xilas edilənlərin sayı..." | FHN-dən xilasetmə əməliyyatları barədə açıqlama - Baku TV

Cəmiyyət
29 sentyabr 2026 6 baxış
Sürücülər görün necə risk altındadır | Masazır dairəsi istiqamətində böyük təhlükə - Baku TV

Sürücülər görün necə risk altındadır | Masazır dairəsi istiqamətində böyük təhlükə - Baku TV

Cəmiyyət
29 sentyabr 2026 6 baxış
Bakıda təmirə görə yollar bağlanır | Paytaxtda hərəkət sxemi dəyişir - Baku TV CANLI

Bakıda təmirə görə yollar bağlanır | Paytaxtda hərəkət sxemi dəyişir - Baku TV CANLI

Cəmiyyət
29 sentyabr 2026 6 baxış
Suyun qarşısını taxta parçaları ilə bağladılar, amma... | Zabrat sakinləri çıxılmaz halda - Baku TV

Suyun qarşısını taxta parçaları ilə bağladılar, amma... | Zabrat sakinləri çıxılmaz halda - Baku TV

Cəmiyyət
29 sentyabr 2026 6 baxış
Yağış barmaqlıqları hara yoxa çıxır?

Yağış barmaqlıqları hara yoxa çıxır?

Cəmiyyət
29 sentyabr 2026 6 baxış
Müəllimlərin marker, kağız dərdi | Məktəbin büdcəsi necə formalaşdırılmalıdır? - Baku TV

Müəllimlərin marker, kağız dərdi | Məktəbin büdcəsi necə formalaşdırılmalıdır? - Baku TV

Cəmiyyət
29 sentyabr 2026 6 baxış
Masazır dairəsi yaxınlığındakı yolda təhlükənin səbəbi nədir? - Baku TV CANLI

Masazır dairəsi yaxınlığındakı yolda təhlükənin səbəbi nədir? - Baku TV CANLI

Cəmiyyət
29 sentyabr 2026 6 baxış
Silah və müdafiə texnologiyaları Bakıda nümayiş olunacaq | Böyük sərgiyə son hazırlıq - Baku TV

Silah və müdafiə texnologiyaları Bakıda nümayiş olunacaq | Böyük sərgiyə son hazırlıq - Baku TV

Cəmiyyət
29 sentyabr 2026 6 baxış
Hava sakinlərə evdən çıxmağa imkan verməyəcək? - Baku TV CANLI

Hava sakinlərə evdən çıxmağa imkan verməyəcək? - Baku TV CANLI

Cəmiyyət
29 sentyabr 2026 6 baxış
Suraxanı sakinləri dayanacaqsız qaldı | Yağışın altında avtobus gözləyirlər - Baku TV

Suraxanı sakinləri dayanacaqsız qaldı | Yağışın altında avtobus gözləyirlər - Baku TV

Cəmiyyət
29 sentyabr 2026 6 baxış
Seçilmişlər
icon