Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirə gecəsi keçirilib - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda Ümummilli Lideri Heydər Əliyevin xatirə gecəsi keçirilib.
Tədbir çərçivəsində Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan "Liderin qəlbi" sənədli filmi nümayiş etdirilib. Ekran əsərinin müəllifi Mixail Qusmandır.
O qeyd edib ki, 1 saatlıq filmdə istifadə olunan materiallar Heydər Əliyevin yolunu və xarakterini mümkün qədər dəqiq çatdırmaq üçün hissə-hissə toplanıb.
Mixail Qusman həmçinin Ümummilli Liderlə bağlı şəxsi xatirələrini bölüşərək onun qeyri-adi daxili gücə, möhkəm xarakterə və cəsarətə sahib olduğunu diqqətə çatdırıb.
Onun sözlərinə görə, Heydər Əliyev ləyaqətini və təmkinini itirmədən həyatın bütün çətinliklərinin öhdəsindən gələ bilib və həmişə özünün əsas – Azərbaycana xidmət etmək məqsədinə sadiq qalıb. Vurğulayıb ki, Heydər Əliyevin bütün həyatı ölkəyə və onun gələcəyinə həsr olunub və o, həqiqətən öz xalqı üçün yaşayıb.
Mixail Qusman filmdə yer alan epizodlardan birini – çıxışı zamanı Heydər Əliyevin özünü pis hiss etdiyi anı xüsusilə vurğulayıb. O qeyd edib ki, bu kadr liderin mənəvi gücünü və dözümlülüyünü vurğulayan hekayənin mühüm hissəsinə çevrilib.
#Heydər Əliyev teqi istifadə olunub
- İlham Əliyev və Mehriban Əliyeva Heydər Əliyevin abidəsini ziyarət ediblər - Baku TV
- "Heydər Əliyev tapşırıq vermişdi ki..." | "Bir səfərin izi ilə - Gürcüstan" filmi - Baku TV
- "Haber Global" Azərbaycan xalqının Milli Qurtuluş Günü ilə bağlı süjet yayımladı - Baku TV
- Milli Qurtuluşun siyasi anatomiyası: xaosdan idarə olunan dövlətə keçid - AKTUAL GÜNDƏM
- Azərbaycanda iqtisadi dinamika | ABŞ-Azərbaycan tərəfdaşlığında yeni mərhələ - YENİ BİR SƏHƏR
