Bakıda X Beynəlxalq Kitab Sərgisi | Açılış mərasimindən reportaj
Oktyabrın 2-dən etibarən Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində 10-cu Bakı Beynəlxalq Kitab Sərgisi keçirilir.
Belə ki, sərgidə 4 qitəni təmsil edən 18 ölkədən 56 xarici təşkilat, 110 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə iştirak edir.
Yazıçı İlqar Fəhmi sərgi ilə bağlı bildirib ki, dünyanın bir çox ölkələrində belə bir təcrübə var və ölkəmizdə də artıq həyata keçirilməyə başlayıb:
“Böyük bir məkanda təxmini bir həftə ərzində minlərlə insan kitabın əhatəsində birləşir. Düşünürəm ki, bu müddət ərzində sərgidə oxucuların yazıçılarla görüşləri, daim əlaqədə olmaları, bir-biriləri ilə canlı şəkildə ünsiyyəti onların formalaşmasında böyük rol oynayır. Bununla oxucu artıq öz yazıçısını canlı olaraq tanıyır”.
Qeyd edək ki, 10-cu Bakı Beynəlxalq Kitab Sərgisi oktyabrın 8-dək davam edəcək.
#Mədəniyyət Nazirliyi teqi istifadə olunub
- Bakıda mədəni və dini irsin mühafizəsinə həsr olunmuş konfrans keçirilib - Baku TV
- “Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda konfrans
- Bakıda “Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda konfrans - Baku TV
- 19-cu əsrdən qalma abidə uçma təhlükəsi ilə üz-üzə | Sakinlər nələri açıqladı? - Baku TV
- Böyük şairin doğma yurdu - Qazaxda Vaqif Poeziya Günləri başlayıb - Baku TV
