Bakının mərkəzində keçilməz küçə | Baku TV-nin çəkdiyi problem həllini tapdı
Yeniliklərdən dərhal xəbərdar olun
Nəsimi rayonu, Sabit Rəhman küçəsində yaşayan sakinlər yol problemindən şikayətçidirlər.
Onlar bildiriblər ki, sözügedən küçədə vaxtilə asfalt olub. Bəzi kommunal qurumlar ərazidə təmir işləri aparılan zaman yolun asfalt örtüyü dağılıb.
Kommunal qurumların əməkdaşları sakinlərə bildiriblər ki, işlərini tamamladıqdan sonra yolun asfalt örtüyü yenidən bərpa ediləcək. Buna baxmayaraq, verilən vədlər boşa çıxıb:
“Yol çox yaxşı idi. “Azərişıq”, sonra da “Azərsu” gəlib qazdı. Kimin ağlından nə keçirsə, qazırlar, sonra da məhəllə camaatı torpaqlaya-torpaqlaya gedir. Nə evdən çıxa bilirik, nə də evə gedə bilirik. Bütün ayaqlarımız palçığa, suya batır”.
Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, Baku TV-nin çəkilişindən sonra əraziyə təmir briqadası göndərilib. Gün ərzində həmin ərazidə asfalt-beton örtüyünün bərpası istiqamətində işlər aparılaraq yekunlaşdırılacaq.
#Nəsimi rayonu teqi istifadə olunub
- "Kimsə sağ qala bilər?!" | Nəsimidə “göydən daş yağır?” | “Dedi, niyə narahat edirsiniz?!” - Baku TV
- Bakıda sakinləri qorxuya salan hadisə baş verdi - Baku TV CANLI
- Təmir işləri niyə dərslər başlayan kimi yada düşür? - Nəsimidə xaotik vəziyyət - Baku TV
- Yollarda təmir başladı, tıxac artdı | Nəsimi rayonunda sakinlər çətin durumda - Baku TV
- Asfalt örtüyü çəkdilər, amma xətlər yoxdur | Təhlükəli mənzərənin səbəbi nədir? - Baku TV CANLI
