“Baku TV” və “Report” İA Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı genişləndirir
Yeniliklərdən dərhal xəbərdar olun
"Global Media Group"a daxil olan Baku TV və Report İnformasiya Agentliyi Qazaxıstanın ən nüfuzlu informasiya qurumlarından biri – "Xabar" Agentliyi ilə əməkdaşlıq memorandumu imzalayıb.
Sənəd noyabrın 18-də Qazaxıstanın Astana şəhərində imzalanıb.
Memorandumu Baku TV-nin direktoru Ramin Cəfərov, Report İnformasiya Agentliyinin baş direktoru Fuad Hüseynəliyev və "Xabar" Agentliyinin İdarə Heyətinin sədri Kemelbek Oyşıbayev imzalayıblar.
Mərasimdə "Global Media Group"un İdarə Heyətinin üzvü Orxan Məmmədov və Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov iştirak ediblər.
Səfir çıxışında bu əməkdaşlığın regionda informasiya əlaqələrinin inkişafına mühüm töhfə verəcəyini vurğulayıb. O bildirib ki, media sahəsində koordinasiyanın güclənməsi Qazaxıstan və Azərbaycan arasında uzun illərdir formalaşmış dostluq münasibətlərinə əlavə dinamizm qatacaq.
Kemelbek Oyşıbayev çıxışında qeyd edib ki, "Xabar" Agentliyi Azərbaycan media qurumları ilə tərəfdaşlığı strateji əməkdaşlıq xəttinin mühüm tərkib hissəsi kimi görür.
"Global Media Group"un İdarə Heyətinin üzvü Orxan Məmmədov bildirib ki, Baku TV və Report İnformasiya Agentliyinin Qazaxıstanla qurduğu bu əməkdaşlıq Cənubi Qafqaz və Mərkəzi Asiya informasiya məkanında yeni sinerji yaradır.
#Global Media Group teqi istifadə olunub
- "Report" İnformasiya Agentliyinin 12 yaşı tamam olur - Baku TV
- ”Global Media Group”un təşəbbüsü ilə növbəti ağacəkmə aksiyası - Baku TV
- “Global Media Group”un təşəbbüsü ilə növbəti ağacəkmə aksiyası keçirilib
- "Haber Global"ın səkkiz yaşı tamam olur - Baku TV
- Şəhid Əkrəm Şadmanovun həyatından bəhs edən "Vətən daşı" filmi təqdim olundu - Baku TV
