Balaca aktyor və aktrisalar "Baku TV"yə danışdılar
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanda soydaşlarımızın kompakt yaşadıqları Qardabani rayonunda fəaliyyət göstərən “BEEZ” Uşaq Teatrının kollektivinin səhnələşdirdiyi növbəti tamaşanın premyerası keçirilib.
Abdulla Şaiqin “Çoban” pyesinin motivləri əsasında hazırlanan eyniadlı tamaşada teatrın balaca aktyor və aktrisaları məharətlə çıxış ediblər.
Baku TV-yə danışan balaca aktyor Nuri Qurbanov əsərdə çoban obrazını canlandırdığını deyib. O, 4 ildir müxtəlif rollarda oynadığını söyləyib.
Aktrisa Məryəm Əliyeva isə sözügedən tamaşada rəqqasə obrazını canlandırdığını bildirib.
Teatr tərəfindən səhnələşdirilən tamaşalarda əsas məqsəd günümüzün reallığı olan bəzi hadisələri orijinallığı ilə diqqətə çatdırmaqdır. Tamaşada həmin dövrdə mövcud olan bir sıra problemlər uşaqların dili ilə təqdim edilir.
Qeyd edək ki, Gürcüstanda yeganə azərbaycandilli uşaq teatrı olan “BEEZ” Uşaq Teatrının kollektivi bu günədək azərbaycanlı yazıçılarla yanaşı, həm də gürcü yazarların əsərləri əsasında səhnəciklər hazırlayaraq tamaşaçılar qarşısına çıxıb.
#Gürcüstan teqi istifadə olunub
- "Hamısı qaçır!" | Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi | “Açarı dəyişib giriblər evə”
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- Yeni yük marşrutları Azərbaycanın mövqeyinə necə təsir edəcək - Baku TV
- Üçtərəfli əməkdaşlıq hansı sahələri əhatə edəcək? - Baku TV
- Gürcü kilsəsinin ritorikası Bakı-Tbilisi münasibətlərinə təsir edəcək? - AKTUAL GÜNDƏM
