Balam o gedən getdi | Tbilisidə yoxa çıxan azərbaycanlı qızın anası fəryad etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanda 21 yaşlı azərbaycanlı qız itkin düşüb.
Belə ki, azərbaycanlıların kompakt yaşadıqları Qardabani rayonunun Kosalı kənd sakini Aytac Məmmədovadan aprel ayının 1-dən məlumat yoxdur.
Ailə üzvlərinin Baku TV-yə verdikləri məlumata görə, 21 yaşlı Aytac Tbilisi Dövlət Universitetinin ikinci kurs tələbəsidir və o, təhsili ilə əlaqədar paytaxtda yaşayıb.
Aytacla ailəsinin son telefon danışığı isə dostunun doğum gününə getməsi barədə olub. Belə ki, anası ilə danışaraq səhəri gün imtahanının olduğunu və evə qayıdacağını deyib. Bundan sonra isə ondan xəbər almaq mümkün olmayıb.
Onu da bildirək ki, Aytac Məmmədovanın telefonu, çantası və ayaqqabısı Kür çayının yaxınlığında tapılıb. 21 yaşlı gəncin anası övladına nə olduğunu bilmədiyini deyir.
Gürcüstan Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Aytac Məmmmədovanın axtarışları istiqamətində bütün lazımi tədbirlər həyata keçirilir.
#Gürcüstan teqi istifadə olunub
- "Hamısı qaçır!" | Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi | “Açarı dəyişib giriblər evə”
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- Yeni yük marşrutları Azərbaycanın mövqeyinə necə təsir edəcək - Baku TV
- Üçtərəfli əməkdaşlıq hansı sahələri əhatə edəcək? - Baku TV
- Gürcü kilsəsinin ritorikası Bakı-Tbilisi münasibətlərinə təsir edəcək? - AKTUAL GÜNDƏM
