Baş prokuror Naxçıvanda hərbi qulluqçularla görüşdü
Yeniliklərdən dərhal xəbərdar olun
Baş Prokuror Kamran Əliyev Naxçıvan Muxtar Respublikasında səfər çərçivəsində Əlahiddə Ümumqoşun Ordunun Sədərək rayonunda yerləşən hərbi hissəsində olub, hərbi qulluqçularla görüşüb.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Hərbi qulluqçularla söhbət zamanı Baş Prokuror Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə müstəqil Azərbaycanın bütün sahələrdə durmadan inkişaf etdiyini, günbəgün daha da qüdrətləndiyini bildirib və bunun parlaq nümunəsi kimi 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın Müzəffər sərkərdəliyi altında xalqın və dövlətin sarsılmaz birliyi nəticəsində rəşadətli Ordumuzun torpaqlarımızı düşmən işğalından azad etdiyini vurğulayıb.
Baş Prokuror K.Əliyev şəxsi heyətin xidmətinin təşkili və məişət şəraiti ilə maraqlanıb, müşahidə məntəqəsində mövqelərimizin vəziyyəti, mövcud topoqrafik və taktiki şəraitlə tanış olub. Görüş zamanı hərbi qulluqçulara hədiyyələr təqdim edilib. Əsgərlər hərbi hissədə yaradılan müasir maddi-texniki təminata və təchizata görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.
#Baş Prokurorluq teqi istifadə olunub
- İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi
- Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV
- Bakıda 25 il əvvəl törədilən qətlin üstü açılıb | Şübhəli şəxs həbs edilib - Baku TV
- Baş Prokurorluq: Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - 24 SAAT
- Dövlət əleyhinə çağırış edənlər qlobal axtarışa verildi - Baku TV
