Pleyeri seçin:

Yaşayış binasındakı yanğınla əlaqədar klinika direktoru həbs edilib

24 noyabr 2025 640 baxış

Bakının Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında üç nəfərin öldüyü yanğınla bağlı vəzifəli şəxs həbs edilib.

Bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, noyabrın 21-də baş vermiş yanğınla əlaqədar Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində cinayət işi başlanılaraq ibtidai istintaq aparılır.

İstintaq zamanı aidiyyəti dövlət qurumları, o cümlədən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və müvafiq ekspertlərin iştirakı ilə hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, çoxsaylı istintaq hərəkətləri icra edilib.

Hazırkı vaxtadək keçirilmiş tədbirlərlə müəyyən edilib ki, binanın zirzəmisində başlamış yanğın nəticəsində 3 sakin vəfat edib, 25 nəfər tüstüdən zəhərlənib, habelə müxtəlif şəxslərə məxsus əmlaka ziyan dəyib.

Eyni zamanda istintaqla hadisənin baş verdiyi binanın zirzəmi qatı və birinci mərtəbəsində yerləşən qeyri-yaşayış obyektini icarəyə götürmüş “Taxes Group” MMC-nin qanuni təmsilçisi, direktoru Bəhruz Paşayevin üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs kimi bu qaydaları pozub ehtiyatsızlıqdan 3 şəxsin ölümünə, habelə digər ağır nəticələrə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Noyabrın 23-də Bəhruz Paşayev şübhəli şəxs qismində tutulub, noyabrın 24-də isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub. İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında B.Paşayevin barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir və baş vermiş hadisədə təqsirli olan bütün şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Banner
Şamaxıda qorxunc hadisə | 50 yaşlı qadın görün necə canından oldu - Baku TV

Şamaxıda qorxunc hadisə | 50 yaşlı qadın görün necə canından oldu - Baku TV

Hadisə
11 noyabr 2026 640 baxış
Bakıda dəhşətli qəzanın baş verdiyi an | Avtomobil körpüdən yola aşdı - Baku TV

Bakıda dəhşətli qəzanın baş verdiyi an | Avtomobil körpüdən yola aşdı - Baku TV

Hadisə
11 noyabr 2026 640 baxış
Su çəni qadını canından etdi | Şamaxıda qorxunc hadisə - Baku TV CANLI

Su çəni qadını canından etdi | Şamaxıda qorxunc hadisə - Baku TV CANLI

Hadisə
11 noyabr 2026 640 baxış
Mikroavtobus dərəyə yuvarlandı: Astaradakı dəhşətli hadisənin səbəbi nədir? - Baku TV CANLI

Mikroavtobus dərəyə yuvarlandı: Astaradakı dəhşətli hadisənin səbəbi nədir? - Baku TV CANLI

Hadisə
11 noyabr 2026 640 baxış
“Yuvarlanıb dərəyə, ən ağır vəziyyətdə olan bacımdır...” | Dəhşətli qəza: 16 nəfər... - Baku TV

“Yuvarlanıb dərəyə, ən ağır vəziyyətdə olan bacımdır...” | Dəhşətli qəza: 16 nəfər... - Baku TV

Hadisə
11 noyabr 2026 640 baxış
Traktorla gedən Bərdə sakini Xocavənddə minaya düşdü - Baku TV CANLI

Traktorla gedən Bərdə sakini Xocavənddə minaya düşdü - Baku TV CANLI

Hadisə
11 noyabr 2026 640 baxış
Bakıda qorxulu anlar | Maşın körpüdən aşdı, köməkçi yola düşdü - Baku TV

Bakıda qorxulu anlar | Maşın körpüdən aşdı, köməkçi yola düşdü - Baku TV

Hadisə
11 noyabr 2026 640 baxış
“Bugün-sabah yuxarıdakı kirayənişinlər aşacaq yerə” | İçərişəhərdə təhlükəli vəziyyət - Baku TV

“Bugün-sabah yuxarıdakı kirayənişinlər aşacaq yerə” | İçərişəhərdə təhlükəli vəziyyət - Baku TV

Hadisə
11 noyabr 2026 640 baxış
Astaradan Gəncəyə andiçmə mərasiminə gələn 84 yaşlı kişinin axtarışları davam edir - ƏSAS XƏBƏR

Astaradan Gəncəyə andiçmə mərasiminə gələn 84 yaşlı kişinin axtarışları davam edir - ƏSAS XƏBƏR

Hadisə
10 noyabr 2026 640 baxış
“Bir də gördüm...” | Nəvəsinin andiçmə mərasiminə gedən kişi haraya yoxa çıxdı? - Baku TV

“Bir də gördüm...” | Nəvəsinin andiçmə mərasiminə gedən kişi haraya yoxa çıxdı? - Baku TV

Hadisə
10 noyabr 2026 640 baxış
Seçilmişlər
icon