Baş Prokurorluq Laçındakı təxribatla bağlı məlumat yaydı
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın Laçındakı təxribatı ilə bağlı cinayət işi başlanılıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, iyunun 15-i saat 08:00 radələrində Ermənistan hərbi qulluqçularının öz mövqelərindən Laçın Sərhəd Nəzarət Məntəqəsində xidmət göstərən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına qarşı müxtəlif çaplı odlu silahlardan açdıqları atəş nəticəsində hərbi qulluqçu, gizir Elşən Rüstəmov güllə yarası xəsarətləri alıb.
Baş Prokurorluğun İstintaq idarəsi, Kriminalistika şöbəsi və Qubadlı Hərbi Prokurorluğunun əməkdaşları hadisə yerinə baxış keçirir və digər zəruri istintaq hərəkətləri aparılır.
Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin bir qrup şəxs tərəfindən xidməti vəzifəsini yerinə yetirən şəxsi ümumi təhlükəli üsulla, terrorçuluqla əlaqədar və milli düşmənçilik niyyəti ilə öldürməyə cəhd, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahdan istifadə etməklə ağır nəticələrə səbəb olan terrorçuluq maddələri ilə cinayət işi başlanılıb, ibtidai istintaq aparılır.
Qurumdan o da bildirilib ki, gizir Elşən Rüstəmov hərbi hospitala yerləşdirilib və vəziyyəti hazırda stabildir. Baş verən hadisənin təfərrüatı barədə hadisə yerinin müayinəsi və digər istintaq hərəkətləri keçirildikdən sonra ətraflı məlumat veriləcək.
#Baş Prokurorluq teqi istifadə olunub
- İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi
- Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV
- Bakıda 25 il əvvəl törədilən qətlin üstü açılıb | Şübhəli şəxs həbs edilib - Baku TV
- Baş Prokurorluq: Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - 24 SAAT
- Dövlət əleyhinə çağırış edənlər qlobal axtarışa verildi - Baku TV
