Baş Prokurorluq məktəbdəki qanunsuzluqla bağlı məlumat yaydı
Yeniliklərdən dərhal xəbərdar olun
Lerikdə məktəb direktoruna cinayət işi başlanılıb. Bu barədə Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, rayonun Bülüdül kənd tam orta məktəbində baş verən qanunsuzluqlarla bağlı vətəndaş müraciəti əsasında Rayon Prokurorluğunda araşdırma aparılıb.
Araşdırma zamanı qeyd edilən təhsil müəssisəsinin direktoru Rasim Şahbazovun uzun müddətdir, istismara yararsız vəziyyətdə olan məktəbin qazanxanasına yanacaq alınması adı ilə 16 min manatdan artıq dövlət vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələri ilə cinayət işi başlanıb. İbtidai istintaq davam etdirilir.
#Baş Prokurorluq teqi istifadə olunub
- Qanunsuz tikinti və deformasiyaya uğrayan konstruksiya | Faciənin səbəbləri nədir? - Baku TV
- Bakıda Azərbaycan və Rusiya baş prokurorlarının ikitərəfli görüşü keçirildi - Baku TV
- “Azərbaycan Məkkə Konvensiyasına qoşulmağı planlaşdırır” | İƏT-ə üzv dövlətlərin rəsmiləri Bakıda
- İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi
- Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV
