Pleyeri seçin:

Bataqlığa çevrilən Əmircanın sakinləri acınacaqlı durumda | “Qanunsuzdursa, niyə qoyurlar ki...”

28 aprel 2025 759 baxış

İstər paytaxtda, istərsə də bölgələrdə kanalizasiya probleminin tam həll olunmadığı ərazilər hələ də mövcuddur.

Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən Əmircan qəsəbəsinin sakinləri də uzun illərdir ki, antisanitar vəziyyətdə yaşamağa məcbur qalıblar.

“Bizim kənd sovetimiz dedi ki, ora dağlıq ərazidir, kanalizasiya şəbəkəsinin inşası çətin prosesdir. İndiki dövrdə kanalizasiyasız, antisanitar vəziyyətdə yaşamağımız nə dərəcədə düzgündür? Hər səhər ayağımız kanalizasiya suyuna bata-bata işə gedirik”, – deyə sakin narazılığını dilə gətirib.

Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətindən bildirilib ki, Suraxanı Rayon Sukanal İdarəsinin məlumatına görə, məhəlləarası küçələrin magistral xəttə qoşulması layihədə var və maliyyə vəsaiti ayrıldıqdan sonra layihə həyata keçiriləcək.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə qeyd edilib ki, sözügedən ünvanda Xidmətin mərkəzləşdirilmiş tullantı su şəbəkəsi mövcud deyil. Şəbəkələrin inşası Dövlət Su Ehtiyatları Agentliyinin tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır.

Xüsusilə diqqətə çatdırılıb ki, fevral ayından su və kanalizasiya təchizatına qoşulmaq üçün yeni qaydalar tətbiq edilir. Bu qaydalara uyğun olaraq təchizat sisteminə qoşulmaq istəyən vətəndaşlar müvafiq sənədlərlə “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinə müraciət etməlidirlər.

Banner
"Qadın avtomobil alanda mütləq düşünürlər ki..." | "Bugünkü nəsil bizdən dünyaya daha açıqdır"

"Qadın avtomobil alanda mütləq düşünürlər ki..." | "Bugünkü nəsil bizdən dünyaya daha açıqdır"

Cəmiyyət
02 noyabr 2026 759 baxış
"Bu sənətə o qədər bağlanmışam ki..." | Tullantı dəmirlərə yeni həyat verən Siyəzən sakini - Baku TV

"Bu sənətə o qədər bağlanmışam ki..." | Tullantı dəmirlərə yeni həyat verən Siyəzən sakini - Baku TV

Cəmiyyət
02 noyabr 2026 759 baxış
Dağlıq ərazilərdə yağış, Bakıda isə... | Sabah hava necə olacaq? - Baku TV CANLI

Dağlıq ərazilərdə yağış, Bakıda isə... | Sabah hava necə olacaq? - Baku TV CANLI

Cəmiyyət
02 noyabr 2026 759 baxış
Yol nişanları milliləşdirilməlidir?

Yol nişanları milliləşdirilməlidir?

Cəmiyyət
02 noyabr 2026 759 baxış
Minlərlə ölümün gerçək səbəbi | Ailənizdə ürək xəstəliyi varsa... - Baku TV

Minlərlə ölümün gerçək səbəbi | Ailənizdə ürək xəstəliyi varsa... - Baku TV

Cəmiyyət
02 noyabr 2026 759 baxış
“İdeya rəngarəngliyini boğmaq olmaz” | Müzakirə yaradan təklifə deputatdan izah - Baku TV

“İdeya rəngarəngliyini boğmaq olmaz” | Müzakirə yaradan təklifə deputatdan izah - Baku TV

Cəmiyyət
02 noyabr 2026 759 baxış
"Üstündən 5 il keçib, icra edən yoxdur" | "Azərişıq"la vətəndaş arasında borc mübahisəsi - Baku TV

"Üstündən 5 il keçib, icra edən yoxdur" | "Azərişıq"la vətəndaş arasında borc mübahisəsi - Baku TV

Cəmiyyət
02 noyabr 2026 759 baxış
"45 gündür, 2 saata pulu verir" | 92 min manatlıq dələduzluq iddiası - "Başımı yediniz ki..."

"45 gündür, 2 saata pulu verir" | 92 min manatlıq dələduzluq iddiası - "Başımı yediniz ki..."

Cəmiyyət
02 noyabr 2026 759 baxış
Masazırda ev sövdələşməsi: 92 min manatın aqibəti necə oldu? - Baku TV CANLI

Masazırda ev sövdələşməsi: 92 min manatın aqibəti necə oldu? - Baku TV CANLI

Cəmiyyət
02 noyabr 2026 759 baxış
"Üfunətdən, nəmişlikdən evdə otura bilmirik" | Sakinlər təhlükə ilə üz-üzə - Baku TV

"Üfunətdən, nəmişlikdən evdə otura bilmirik" | Sakinlər təhlükə ilə üz-üzə - Baku TV

Cəmiyyət
01 noyabr 2026 759 baxış
Seçilmişlər
icon