“Batırıq, ölürük” | Sakinlər bezdi | “Nəvəmin biri düşmüşdü, dartıb çıxartdım” - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Şamaxı rayonunun Şəhriyar qəsəbəsinin sakinləri küçələrində kanalizasiya xəttinin olmamasından şikayətçidirlər.
Sakinlər bildirirlər ki, illərdir çirkab suların toplanması üçün həyətlərində quyular qazdırırlar. Lakin quyuların dolması nəticəsində tullantı suları küçələrə axır.
“Üç dənə quyu qazdırmışam, hərəsinə 700 manat pul vermişəm. Qoxudan, ağcaqanadların əlindən evdə oturmaq olmur”, – deyə sakinlərdən biri narazılığını ifadə edib.
Onların sözlərinə görə, problem uzun illərdir davam edir və aidiyyəti qurumlara edilən müraciətlər nəticəsiz qalıb.
Məsələ ilə bağlı Şamaxı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən bildirilib ki, Şəhriyar qəsəbəsində mərkəzləşdirilmiş kanalizasiya sistemi mövcud deyil.
Qeyd olunub ki, qəsəbənin tam və dayanıqlı içməli su təminatının, eləcə də mərkəzləşdirilmiş kanalizasiya sisteminin yaradılması məqsədilə dövlət proqramı çərçivəsində müvafiq layihələndirmə işlərinin aparılması nəzərdə tutulub.
Qurumun məlumatına görə, layihələndirmə işləri başa çatdırıldıqdan və layihə sənədləri hazırlandıqdan sonra qəsəbənin müasir tələblərə cavab verən mərkəzləşdirilmiş içməli su və kanalizasiya infrastrukturu ilə təmin edilməsi istiqamətində zəruri tədbirlər görüləcək.
#Şamaxı teqi istifadə olunub
- Şamaxıda nəqliyyat hadisəsi | 9 ton meyvə ətrafa dağıldı, yol bağlandı Baku TV
- "Mən bilmirəm, atam-anam kim olub" | Bu kənddə qapılar niyə bağlı qalmır? - KƏNDİNƏ QAYIT
- Şamaxıda qorxunc hadisə | 50 yaşlı qadın görün necə canından oldu - Baku TV
- Su çəni qadını canından etdi | Şamaxıda qorxunc hadisə - Baku TV CANLI
- “Kəndinə qayıt” verilişinin 55-ci buraxılışı Dəmirçi kəndinə həsr olunub
