Şamaxıda faciəvi qəza | Avtomobil piyadanı vuraraq öldürüb - Baku TV
Şamaxıda piyadanın ölümü ilə nəticələnən avtomobil qəzası baş verib.
Hadisə Bakı-Şamaxı yolunun Mirzə Ələkbər Sabir qəsəbəsində, köməkçi yolda qeydə alınıb.
Məlumata görə, Şamaxı sakini Aytac Bəkirovanın idarə etdiyi avtomobil yolu keçən 1961-ci il təvəllüdlü Elmira Əliyevanı vurub. Zərbənin təsirindən piyada bir neçə metr kənara düşüb. Ağır xəsarət alan qadın hadisə yerində həyatını itirib.
Yaxınlarının sözlərinə görə, Elmira Əliyeva Bakıda yaşayıb və nəvəsinin hərbi xidmətə yola salınması üçün Şamaxıya gəlibmiş. Hadisə onun qohumlarının evindən qayıdarkən yolu keçmək istədiyi zaman baş verib.
“Yoldan keçirdim, qəzanı görüb maşını saxladım. Hadisə yerinə yaxınlaşanda gördüm ki, yerdə yatan şəxs bibimdir. Mən gələndə artıq həyatını itirmişdi”, – deyə mərhumun qohumu bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
#Şamaxı teqi istifadə olunub
- Azərbaycanda ilk və yeganə kapibara ferması | "Nəsimi Bağları"nda daha nələr var? - Baku TV
- 600 illik tarixi inci | Şamaxıda dini abidələrə dövlət dəstəyi - Baku TV
- Şamaxıda istirahət mərkəzi | Ərazisi 16 hektar olan kompleksə 2 hotel binası daxildir - Baku TV
- Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksi | İstirahət məkanında nələr yerləşir? - Baku TV
- Şamaxıda "Nəsimi Bağları" kompleksi | “Nəsiminin 21 metrlik abidəsi xüsusi diqqət çəkir” - Baku TV
