"Qəbz gəldi, pul gəlmədi" | Dələduzların şeytanı mat qoyacaq əməli | "Süni intellektlə..." - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Süni intellekt gündəlik həyatımızda bir çox işi asanlaşdırsa da, bu texnologiyanın imkanlarından dələduzluq məqsədilə istifadə edənlər də var.
Son vaxtlar alış-veriş zamanı saxta ödəniş qəbzlərinin təqdim edilməsi ilə bağlı hallara rast gəlinir.
Zərərçəkənlərdən biri bildirir ki, satış zamanı qarşı tərəf ona pulun karta köçürüldüyünü göstərən qəbz göndərib. O, həmin anda bank hesabını yoxlamadığı üçün ödənişin həqiqətən həyata keçirildiyini düşünüb.
“Təxminən 20 dəqiqə sonra dalbadal yazmağa başladı ki, üzrlü sayın, ehtiyac olmadı, qızım başqa yerdən alıb. Mən də ödənişin edildiyini düşünüb pulu geri qaytardım”, – deyə zərərçəkən bildirib.
Mütəxəssislər isə qarşı tərəfin göndərdiyi qəbzi ödənişin təsdiqi kimi qəbul etməməyi tövsiyə edirlər.
Bildirilir ki, əsas məsələ pulun həqiqətən bank hesabına daxil olub-olmadığını yoxlamaqdır. Mobil bankçılıq tətbiqində əməliyyat tarixçəsinə baxmaq, hesabın balansını yoxlamaq, şübhə yarandıqda isə birbaşa bankla əlaqə saxlamaq ən etibarlı üsullardandır.
Məsələnin hüquqi tərəfinə gəlincə, dələduzluq yolu ilə özgəsinin əmlakını ələ keçirmə hallarında məsuliyyət vurulan ziyanın məbləğindən və əməlin digər hallarından asılı olaraq dəyişir.
#Süni intellekt teqi istifadə olunub
- Superintellekt həyatın bütün sahələrini dəyişə bilər
- Süni intellektdən istifadə edənlər gündə 90 dəqiqə daha çox işləyir
- Orbitdəki peykdə hazırlanan ilk tam cavab Yerə ötürülüb
- Rusiyada yazıçının düşüncə tərzini canlandıran layihə hazırlanır
- Süni intellekt proqram təminatındakı təhlükəli boşluqları aşkar edir
