Bu seçim hansı müzakirəni gündəmə gətirib?
Yeniliklərdən dərhal xəbərdar olun
Süni intellektin sürətlə inkişaf etdiyi və insanla maşın arasındakı sərhədlərin müzakirə olunduğu bir dövrdə Kembric lüğəti 2026-cı ilin sözünü seçib.
Onun builki seçimi “human”, yəni insan sözü olub.
Kembric lüğətində bu söz tanrılardan, heyvanlardan və maşınlardan fərqli olaraq insanlara xas olan keyfiyyət, qüsur və emosiyalara sahib olmaq kimi izah edilir.
Lüğətin redaktorları bildiriblər ki, 2026-cı il insan olmağın mahiyyəti ətrafında aparılan qlobal müzakirələrlə yadda qalıb.
Süni intellekt texnologiyalarının inkişafı insan və maşın arasındakı fərqləri getdikcə daha çox gündəmə gətirib. Bu səbəbdən insan əməyini və yaradıcılığını süni intellektin imkanlarından fərqləndirmək cəhdləri də artıb.
Bu tendensiyanın nümunələrindən biri kimi “insan istehsalı” ifadəsinin daha geniş işlədilməsi göstərilir. Həmçinin deepfake texnologiyalarının yayılması fonunda insanların öz görüntülərini və səslərini hüquqi şəkildə qeydiyyata aldırmağa çalışması diqqətə çatdırılıb.
Araşdırmaya əsasən, “human” sözünün istifadəsi 1900-cü ildən bəri dörd dəfə artıb. Əvvəllər eyni mənada daha çox “man” sözündən istifadə olunsa da, bu ifadənin həm qadınları, həm də kişiləri əhatə etməməsi səbəbindən istifadəsi azalıb.
#Süni intellekt teqi istifadə olunub
- Süni intellekt yarışında ABŞ Çinin qarşısını necə almaq istəyir? - Baku TV
- ABŞ Çinin Amerika çiplərinə çıxışını necə məhdudlaşdırmaq istəyir? - Baku TV CANLI
- Süni intellekt ər-arvad münasibətlərində təhlükəli faktora çevrilir
- Süni intellektə yatırımlar səhm bazarında suallar doğurur
- Musiqi sənayesində inqilab
