“Bütün ailəmiz qalıb çöldə” | Cəlilabadda dəhşətli yanğın | “Hamısı yanıb külə döndü” - Baku TV
Cəlilabad rayonunun Dələli kəndində ev yanıb.
Kənd sakini Qədir Qürbətova məxsus birmərtəbəli fərdi yaşayış evində qəfl başlayan yanğın qısa müddət ərzində evin bütün hissələrinə yayılıb. Yeddi nəfərdən ibarət ailə üzvləri təhlükədən xilas ola bilsə də, evdə olan bütün əşyalar yanaraq külə dönüb.
“Rezin yanığının iyini hiss etdim. Qapını açan kimi pəncərə partladı. Evdən yalnız balalarımı, nəvələrimi çıxara bildim. Hər şey külə döndü”, – deyə Q.Qürbətov bildirib.
Onun sözlərinə görə, yanğın elektrik xəttində yaranan qısaqapanmadan baş verib.
Hadisə yerinə Cəlilabad Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində alovun ətrafdakı digər tikililərə keçməsinin qarşısı alınıb.
Hadisənin başvermə səbəbləri araşdırılır.
#Cəlilabad teqi istifadə olunub
- Cəlilabadda görünməmiş tapıntı | Qazıntılar zamanı görün nələr üzə çıxdı - Baku TV
- Qədim yaşayış məskənində aparılan tədqiqatlar gözlənilməz nəticələr verdi - Baku TV CANLI
- Böyük şəhərlərə nümunə olan kənd | Necə oldu ki, bütün şagirdlər tələbə adını qazandı?
- "Girirlər suya, orada batıb qalırlar" | Əhali etiraz edir: "Pensiyaçıyam, girinc qalmışam" - Baku TV
- Cəlilabad və Zaqatalada heyvan bazarlarının fəaliyyətinə icazə verildi - Baku TV
