Pleyeri seçin:

Belə bir uşağın doğulması... | Qohum evliliyini qadağan edən qanunla bağlı yeni xəbər

22 iyun 2024 486 baxış

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova hazırda qan qohumu ilə nişanlı olan, lakin müxtəlif səbəblərdən rəsmi nikaha daxil ola bilməyən şəxslərin Ailə Məcəlləsinə təklif olunan dəyişikliklərin təsdiqlənməsindən sonra rəsmi nikaha daxil ola bilib-bilməyəcəyinə münasibət bildirib.

Komitə sədri “Report”a açıqlamasında Ailə, Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişiklik edilməsi haqqında qanun layihəsinin 1 il sonra qüvvəyə minəcəyini bildirib.

Onun sözlərinə görə, qohum evlilikləri risklidir və əsas məqsəd ailələrin möhkəm və uzunömürlü olmasını təmin etməkdir:

“Uşaqlarımız sağlam olsunlar, genetik və irsi xəstəliklərlə doğulmasınlar. Ailədə belə bir uşağın doğulması həm uşağın özü üçün, həm valideynləri üçün çox çətinliklər yaradır. Bir çox hallarda kişi qadını və uşağı atır, boşanır. Ailələr arasında münaqişə yaranır, hər kəs qarşı tərəfi günahlandırır. Bəzən bu mübahisə və münaqişələr daha ağır fəsadlara gətirib çıxarır. Bu və digər səbəblərdən biz mövcud qanunvericiliyə dəyişiklik edilməsini təklif edirik. Qanun qanundur və burada güzəşt ola bilməz”.

Komitə sədri qeyd edib ki, qan qohumluğu olan şəxslərin tibbi müayinədən keçməsi zəruridir:

“Həmin cütlüklər tibbi müayinədən keçiblərmi? Onlar hansı irsi və genetik xəstəliklərin daşıyıcıları olduğunu bilirlərmi? Əgər daşıyıcıdırlarsa, uşaqlarının da xəstə və daşıyıcı doğulacağını anlayırlarmı? Bu xəstəliklərin müalicəsi çox xərc tələb edir. Ailələrin maddi imkanları buna çatacaqmı? Bir ata və bir ana olaraq bu öhdəliyi öz üzərlərinə götürə biləcəklərmi? Buna psixoloji olaraq hazırdırlarmı? Baxın nə qədər suallar yarandı. Ona görə də insanlar bir daha düşünməli və qərar verməlidirlər”.

Banner
Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb - Baku TV CANLI

Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb - Baku TV CANLI

Cəmiyyət
01 noyabr 2026 486 baxış
Yasamalda yataqxana sakinləri antisanitar vəziyyətdən şikayətçidirlər - Baku TV

Yasamalda yataqxana sakinləri antisanitar vəziyyətdən şikayətçidirlər - Baku TV

Cəmiyyət
01 noyabr 2026 486 baxış
28 May yaşayış massivinin küçələri bərbad vəziyyətdədir

28 May yaşayış massivinin küçələri bərbad vəziyyətdədir

Cəmiyyət
01 noyabr 2026 486 baxış
Goranboyda hərbi xidmət zamanı ayağını itirən şəxs nə ilə təmin olunmaq istəyir? - Baku TV

Goranboyda hərbi xidmət zamanı ayağını itirən şəxs nə ilə təmin olunmaq istəyir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 486 baxış
Binəqədinin keçilməz yolları | 28 May yaşayış massivində küçələr niyə bərbad haldadır? - Baku TV

Binəqədinin keçilməz yolları | 28 May yaşayış massivində küçələr niyə bərbad haldadır? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 486 baxış
Paytaxtın təhlükəli kanalizasiya qapaqları | Həll yolu nədir? - Baku TV

Paytaxtın təhlükəli kanalizasiya qapaqları | Həll yolu nədir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 486 baxış
Kişiləri bu halda 500 manatadək cəza gözləyir? | Ailədaxili münasibətlər necə tənzimlənir? - Baku TV

Kişiləri bu halda 500 manatadək cəza gözləyir? | Ailədaxili münasibətlər necə tənzimlənir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 486 baxış
Gündəlik neçə litr su içilməlidir? | Mütəxəssis nələri açıqladı? - Baku TV

Gündəlik neçə litr su içilməlidir? | Mütəxəssis nələri açıqladı? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 486 baxış
Gecə 6 saatdan az yatanları nə gözləyir?

Gecə 6 saatdan az yatanları nə gözləyir?

Cəmiyyət
01 noyabr 2026 486 baxış
Yuxarı sinif şagirdlərinin intizam böhranı

Yuxarı sinif şagirdlərinin intizam böhranı

Cəmiyyət
01 noyabr 2026 486 baxış
Seçilmişlər
icon