Bərdədə bina uçma təhlükəsi ilə üz-üzə | Sakinlərin şikayətinə baxan yoxdur
Yeniliklərdən dərhal xəbərdar olun
Bərdə şəhərinin Cəlil Məmmədquluzadə küçəsində yerləşən 1 saylı ikimərtəbəli yaşayış binası hər an uçmaq təhlükəsi ilə üz-üzədir.
Səksən il əvvəl taxtadan tikilən binanın divarlarında çatlar yaranıb.
Sakinlərin sözlərinə görə, binanın çardağı uçur, tavandan tökülən taxta qırıntıları isə dəfələrlə uşaqlı-böyüklü bütün sakinlərin başına düşüb:
“Yağış yağanda suyun içində qalırıq. Kanalizasiya daşıb evin içinə dolur”.
Sakinlər iddia ediblər ki, binadakı vəziyyətlə bağlı Bərdə Rayon İcra Hakimiyyətinə və rayonun Mənzil İstismar Sahəsinə dəfələrlə müraciət edilib. Lakin vətəndaşların şikayətinə reaksiya verən olmayıb.
Məsələ ilə bağlı Bərdə Rayon Mənzil İstismar Sahəsinin rəisi Rauf Qafarov bildirib ki, sözügedən əraziyə baxış keçirilib:
“Binanın qəzalı olması müəyyən olunub. Yaxın gələcəkdə yeni binanın tikilməsi nəzərdə tutulur”.
#Bərdə teqi istifadə olunub
- Bərdədə 26 yaşlı oğlan amansızlıqla öldürüldü - Baku TV CANLI
- Bərdədə qanlı mübahisə | 26 yaşlı şəxs bıçaqlanaraq öldürülüb - Baku TV
- “Çox acınacaqlı vəziyyətdəyik” | Əkin sahələri susuzluqdan məhv olan sakinlər şikayətçidir - Baku TV
- Bərdədə dəhşətli qəza: "İşdə eşitdim ki, maşın..." | Avtomobil evə çırpılıb - Baku TV
- Bərdədə dəhşətli faciə | Açıq naqildəki elektrik cərəyanı can aldı - Baku TV
