Bərdədə şam ağacları kütləvi şəkildə quruyur
Yeniliklərdən dərhal xəbərdar olun
Qarabağın giriş qapısı sayılan Bərdə digər şəhər və rayonlarla müqayisədə yaşıllıqları ilə fərqlənir.
Burada park və xiyabanların sayı çoxdur. Şam ağacları üstünlük təşkil edir. Amma son günlər Bərdə türbəsi və Torpaqqala kompleksində acınacaqlı vəziyyət hökm sürür. Belə ki, ərazidəki yaşıllıq zolağında şam ağacları kütləvi şəkildə quruyur.
Ərizədə quruyan ağacların sayı artmaqdadır. Ağacların qabığı soyula-soyula gedir. Bu cür ağaclar parkda gəzən insanlar üçün də təhlükə mənbəyidir.
Məsələ ilə bağlı Rayon İcra Hakimiyyətindən bildirilib ki, digər bölgələrdə olduğu kimi, Bərdədə də şam ağacları naməlum xəstəlik səbəbindən kütləvi şəkildə quruyur. Sözügedən türbə və Torpaqqala kompleksi ərazisində quruyan ağaclar ekologiya idarəsinin mütəxəssislərinin rəyindən sonra ərazidən götürüləcək.
#Bərdə teqi istifadə olunub
- Bərdədə 26 yaşlı oğlan amansızlıqla öldürüldü - Baku TV CANLI
- Bərdədə qanlı mübahisə | 26 yaşlı şəxs bıçaqlanaraq öldürülüb - Baku TV
- “Çox acınacaqlı vəziyyətdəyik” | Əkin sahələri susuzluqdan məhv olan sakinlər şikayətçidir - Baku TV
- Bərdədə dəhşətli qəza: "İşdə eşitdim ki, maşın..." | Avtomobil evə çırpılıb - Baku TV
- Bərdədə dəhşətli faciə | Açıq naqildəki elektrik cərəyanı can aldı - Baku TV
