Beynəlxalq arxeoloji ekspedisiya Goranboyda tədqiqatlar aparır
Yeniliklərdən dərhal xəbərdar olun
Goranboyun Qaraçinar kəndi ərazisində aşkarlanan abidədə Beynəlxalq arxeoloji ekspedisiya 20 gündən artıqdır tədqiqatlar aparır.
Qazıntılar zamanı burada saxsı qab, əkinçilik təsərrüfatında istifadə olunan daş əmək alətləri, obsidian və çaxmaqdaşından hazırlanan ox ucluqları, oraq dişləri və kəsici alətlər aşkar edilib. Abidə xarici mütəxəsislərin diqqətini cəlb edib.
İlkin nəticələrə görə, Qaraçinar abidəsi İlk Tunc, Orta tunc, Antik və Orta əsrlər dövrlərini əhatə etməkdədir. Əldə edilən maddi mədəniyyət nümunələrinə əsasən abidənin əsas hissəsi Erkən Tunc dövrünə aid edilir.
Arxeloqlar bu il apardıqları tədqiqatlar zamanı çiy kərpicdən dairəvi və dördkünc formada inşa olunan tikili qalıqları da aşkarlayıblar.
Goranboy rayonunda aşkarlanan Qaraçinar abidəsi dəniz səviyyəsindən 750 metr hündürlükdə yerləşir.
Qeyd edək ki, Beynəlxalq arxeoloji ekspedisiyanın tərkibində Azərbaycan alimləri ilə yanaşı, Fransa və İtaliyanın bir neçə elmi mərkəzindən olan mütəxəssislər də iştirak edir.
#Goranboy teqi istifadə olunub
- Goranboyda faciə: Elektrik dirəyi 35 yaşlı qadının üzərinə aşıb - Baku TV
- Goranboyda elektrik dirəyinin aşması faciəyə səbəb olub - ƏSAS XƏBƏR
- Goranboyda qorxunc hadisə | 31 yaşlı şəxs özündən 43 yaş böyük kişini niyə vurdu? - Baku TV CANLI
- Şirvan sakini Goranboyda faciəvi şəkildə öldü - Baku TV CANLI
- Goranboyda dəhşətli qəza | Şirvan sakini faciəvi şəkildə öldü - Baku TV
