Beynəlxalq axtarışda olan şəxslər Azərbaycana gətirilir
Yeniliklərdən dərhal xəbərdar olun
Fevralın 3-ü beynəlxalq axtarışda olan şəxs Macarıstandan Azərbaycana ekstradisiya edilib.
Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq törədilməsində ittiham olunan Əli Hüseynovun Macarıstanda olduğu müəyyən olunub və o, həbs edilib.
Həmin şəxs Ədliyyə Nazirliyinin beynəlxalq əməkdaşlıq idarəsinin və Penitensiar xidmətin məsul əməkdaşları tərəfindən Macarıstandan ölkəmizə gətirilib. O, məhkəmənin qərarına əsasən, Bakı İstintaq Təcridxanasına yerləşdirilib.
Qeyd edək ki, ötən ay beynəlxalq axtarışda olan bir nəfər Kolumbiyadan gətirilib, kiber və mülkiyyət əleyhinə cinayətləri törədən 2 şəxsin isə Avropa dövlətlərindən Azərbaycana ekstradisiyası məsələsi artıq razılaşdırılıb.
#Macarıstan teqi istifadə olunub
- Macarıstanın əsas şərti Avropa İttifaqını çıxılmaz vəziyyətə salacaq? - Baku TV CANLI
- Balıq hovuzlarının suyundan quraqlığa qarşı mübarizədə istifadə olunur
- Rusiya Macarıstanın addımına diplomatların çıxarılması ilə cavab verdi - Baku TV CANLI
- Festival zamanı Macarıstanın Baş nazirinin üzünə içki atılıb
- Macarıstanda elektrik stansiyasının gücü azaldılıb
