Pleyeri seçin:

Binəqədi sakinləri niyə çıxarış ala bilmir? | MTK rəhbəri suallara nə cavab verdi? - Baku TV

16 avqust 2026 297 baxış

Binəqədi rayonunun 9-cu mikrorayonunda, Mir Cəlal küçəsində yerləşən binanın sakinləri illərdir mənzillərinə çıxarış ala bilmədiklərini bildirirlər.

Baku TV-nin qaynar xəttinə müraciət edən sakinlərin sözlərinə görə, mənzillərini illər əvvəl alsalar da, kommunal xidmətlərlə bağlı bəzi sənədlər də onların adına rəsmiləşdirilməyib.

“2016-cı ildə aldığım obyektdir. Hər dəfə deyirlər ki, bir-iki aya həll olunacaq. Üç ildir söz verirlər, amma əməl etmirlər”, – deyə sakinlərdən biri qeyd edib.

Digər sakin isə qarajda avtomobillərini saxlaya bilmədiklərini deyib. Onun sözlərinə görə, binadakı mənzillərin sayı ilə qarajda nəzərdə tutulan avtomobil yerlərinin sayı təxminən eynidir. Lakin iddiaya görə, həmin yerlərdən digər şəxslər də istifadə edir.

“Biz öz maşınımızı qarajda saxlaya bilmirik. Komendant o biri binanın sakinlərinə pul qarşılığında yer verir, bizə də deyir ki, yer yoxdur”, – deyə sakin əlavə edib.

Məsələ ilə bağlı “Dostlar” MTK-nın rəhbəri bildirilib ki, binanın qarajında bütün avtomobillərin saxlanılması üçün kifayət qədər yer yoxdur.

Sakinlərin qaraj yerlərinin digər şəxslərə satılması və ya icarəyə verilməsi ilə bağlı iddialarına cavab olaraq MTK rəhbəri qarajın şəxsi mülkiyyəti olduğunu deyib: “Qaraj mənim şəxsi mülkümdür. Sakinlərə məxsus deyil”.

Çıxarışların nə vaxt veriləcəyi ilə bağlı suala isə MTK rəhbəri bunun sənədləşmə prosesi ilə əlaqəli olduğunu deyib. Onun sözlərinə görə, bina rayon icra hakimiyyətinin sərəncamı əsasında tikilib, lakin 2019-cu ildən sonra yaranan dəyişikliklər səbəbindən qəbul aktının verilməsi ilə bağlı problem yaranıb.

MTK rəhbəri sənədlərin hazır olduğunu və məsələ ilə bağlı yenidən aidiyyəti quruma müraciət edəcəyini bildirib.

Banner
Bakıda Zeytun Festivalının ikinci günü davam edir - Baku TV

Bakıda Zeytun Festivalının ikinci günü davam edir - Baku TV

Cəmiyyət
24 oktyabr 2026 297 baxış
Ailəsi dağıldı, doğmaları xəyanət etdi | Ramiz Novruzun stilist qızı başına gələnləri danışdı

Ailəsi dağıldı, doğmaları xəyanət etdi | Ramiz Novruzun stilist qızı başına gələnləri danışdı

Cəmiyyət
24 oktyabr 2026 297 baxış
“70 qəpik ödəyirik, belə olmaz ki!” | Sakinlər əsəbiləşdi | “Neçənci əsrdən qalıb bu?!” - Baku TV

“70 qəpik ödəyirik, belə olmaz ki!” | Sakinlər əsəbiləşdi | “Neçənci əsrdən qalıb bu?!” - Baku TV

Cəmiyyət
24 oktyabr 2026 297 baxış
DYP sürücülərə xəbərdarlıq etdi: həftəsonu bunlara diqqət edin! - Baku TV CANLI

DYP sürücülərə xəbərdarlıq etdi: həftəsonu bunlara diqqət edin! - Baku TV CANLI

Cəmiyyət
24 oktyabr 2026 297 baxış
Daha bir tikinti şirkətindən şikayət | “Xəmsə Palace-2021” ofisində qalmaqal - Baku TV

Daha bir tikinti şirkətindən şikayət | “Xəmsə Palace-2021” ofisində qalmaqal - Baku TV

Cəmiyyət
24 oktyabr 2026 297 baxış
Bu ərazilərdə yaşayanların kommunal xərci daha az olacaq? - Baku TV

Bu ərazilərdə yaşayanların kommunal xərci daha az olacaq? - Baku TV

Cəmiyyət
24 oktyabr 2026 297 baxış
Əhalinin nəzərinə | Hansı əraziləri leysan və dolu gözləyir? - Baku TV CANLI

Əhalinin nəzərinə | Hansı əraziləri leysan və dolu gözləyir? - Baku TV CANLI

Cəmiyyət
24 oktyabr 2026 297 baxış
Duz ehtiyatları ilə bağlı qalmaqallı iddia | Eyyub Hüseynov danışdı

Duz ehtiyatları ilə bağlı qalmaqallı iddia | Eyyub Hüseynov danışdı

Cəmiyyət
24 oktyabr 2026 297 baxış
"Gözünün önünə nəsə gəlir, qorxuram" - Sakin xəstəxanaya qəbul edilmir? - "Dedi, kasıb olmasan..."

"Gözünün önünə nəsə gəlir, qorxuram" - Sakin xəstəxanaya qəbul edilmir? - "Dedi, kasıb olmasan..."

Cəmiyyət
24 oktyabr 2026 297 baxış
“Şübhələnirlər ki, içindəki bu naməlum maddə...” | Naxçıvanda duz ehtiyatları tükənib? - Baku TV

“Şübhələnirlər ki, içindəki bu naməlum maddə...” | Naxçıvanda duz ehtiyatları tükənib? - Baku TV

Cəmiyyət
24 oktyabr 2026 297 baxış
Seçilmişlər
icon