Pleyeri seçin:
Bir vaxtlar azərbaycanlıların yaşadığı kənddə bu gün nə qalıb? | 120 illik ad niyə dəyişdirildi?
Ermənistanın Şirak vilayətində yerləşən Güllübulaq, indiki Byurakn kəndi uzun illər azərbaycanlıların yaşadığı yaşayış məntəqələrindən biri olub. Tarixi mənbələr kənddə əsasən Qarapapaqların yaşadığını göstərir.
1980-ci illərin sonlarında azərbaycanlılar kənddən tamamilə çıxarıldıqdan sonra burada Azərbaycan irsinin izləri qalıb. 2021-2024-cü illərdə aparılan araşdırmalar zamanı kənddə yarıdağılmış azərbaycanlı qəbiristanlığı və onlarla məzar daşı aşkar edilib.
Kopyalandı
