Pleyeri seçin:

Vətən müharibəsinin ilk böyük qələbəsi: Cəbrayıl istiqamətində nələr baş verdi? - QARABAĞ XRONİKASI

04 oktyabr 2026

“Qarabağ xronikası”nın budəfəki buraxılışında İkinci Qarabağ müharibəsinin ilk həftəsində Cəbrayıl istiqamətində həyata keçirilən əməliyyatların hərbi-strateji əhəmiyyətindən bəhs olunub.

Bildirilib ki, sentyabrın 27-dən başlayan hücum nəticəsində Cəbrayıl-Füzuli istiqamətində illər ərzində qurulmuş çoxpilləli müdafiə sistemi mərhələli şəkildə yarılıb.

Qeyd olunub ki, Böyük Mərcanlı, Nüzgar və digər yaşayış məntəqələrinin azad edilməsindən sonra Azərbaycan Ordusu Cəbrayıl istiqamətində hücumu dərinləşdirib.

Oktyabrın 3-də Mehdili, Çaxırlı, Aşağı Maralyan, Quycaq kəndlərinin azad edilməsi ilə şəhərə hücum üçün əlverişli şərait yaranıb. Həmin gün düşmənin ön mövqelərdəki ikinci və üçüncü taborlarının geri çəkilməsi müdafiənin əvvəlki şəkildə saxlanılmasının mümkün olmadığını göstərib.

Əlavə edilib ki, oktyabrın 4-də Azərbaycan Ordusu 27 ildən sonra Cəbrayıl şəhərinə nəzarəti bərpa edib. Şəhərlə yanaşı, rayonun bir sıra kəndləri də azad olunub və həmin gün axşam saatlarında bu hərbi nəticə rəsmən elan edilib. Cəbrayılın azad edilməsi Vətən müharibəsində azad olunan ilk şəhər və ilk rayon mərkəzi kimi mühüm siyasi və hərbi əhəmiyyət daşıyıb.

Diqqətə çatdırılıb ki, Cəbrayılın azad edilməsi yalnız bir şəhərin geri qaytarılması ilə məhdudlaşmayıb. Bu uğur cənub cəbhəsində yeni əməliyyat imkanları yaradıb, Azərbaycan Ordusuna Hadrut istiqamətində manevri inkişaf etdirmək və Arazboyu qərbə doğru irəliləyişi genişləndirmək imkanı verib.

Güclü yağışdan sonra Məmmədlidə yollar keçilməz oldu: AAYDA nə deyir? - Baku TV

Güclü yağışdan sonra Məmmədlidə yollar keçilməz oldu: AAYDA nə deyir? - Baku TV

Cəmiyyət
05 oktyabr 2026
Bərdə şəhərinə edilən raket hücumundan 6 il ötür - Baku TV

Bərdə şəhərinə edilən raket hücumundan 6 il ötür - Baku TV

Cəmiyyət
05 oktyabr 2026
Maştağada güclü yağış vətəndaşın evinin divarını uçurdu - Baku TV

Maştağada güclü yağış vətəndaşın evinin divarını uçurdu - Baku TV

Cəmiyyət
04 oktyabr 2026
Basarkeçər əsilli tələbələr üçün xüsusi tədbir təşkil olundu - Baku TV CANLI

Basarkeçər əsilli tələbələr üçün xüsusi tədbir təşkil olundu - Baku TV CANLI

Cəmiyyət
04 oktyabr 2026
Məmmədli kəndinin yol problemi sakinləri boğaza yığıb - Baku TV

Məmmədli kəndinin yol problemi sakinləri boğaza yığıb - Baku TV

Cəmiyyət
04 oktyabr 2026
Oktyabrın 5-nə olan hava proqnozu açıqlanıb - Baku TV

Oktyabrın 5-nə olan hava proqnozu açıqlanıb - Baku TV

Cəmiyyət
04 oktyabr 2026
Məmmədlinin yol problemi sakinləri boğaza yığıb - Baku TV CANLI

Məmmədlinin yol problemi sakinləri boğaza yığıb - Baku TV CANLI

Cəmiyyət
04 oktyabr 2026
Sabiq nazirin müəllim olması niyə geniş müzakirə yaratdı? - XÜLASƏ

Sabiq nazirin müəllim olması niyə geniş müzakirə yaratdı? - XÜLASƏ

Cəmiyyət
04 oktyabr 2026
“Kənddə qalanların çoxu köçdü, getdi” | Bir vaxtlar 40 ev olan kənd niyə bu qədər boşalıb?

“Kənddə qalanların çoxu köçdü, getdi” | Bir vaxtlar 40 ev olan kənd niyə bu qədər boşalıb?

Cəmiyyət
04 oktyabr 2026
Bir vaxtlar azərbaycanlıların yaşadığı kənddə bu gün nə qalıb? | 120 illik ad niyə dəyişdirildi?

Bir vaxtlar azərbaycanlıların yaşadığı kənddə bu gün nə qalıb? | 120 illik ad niyə dəyişdirildi?

Cəmiyyət
04 oktyabr 2026
Seçilmişlər
icon