“Çıxanda 1 yaşım var idi...” | Cəbrayıl sakinlərinin sevinc dolu günü - Baku TV
Cəbrayıl rayonunun Şükürbəyli və Horovlu kəndlərinə Böyük Qayıdış davam edir.
Doğma yurdlarına qayıdan ailələrə evlərinin açarları təqdim olunub. Bu mərhələdə Şükürbəyli kəndinə 15 ailənin, Horovlu kəndinə isə 3 ailənin daimi qayıdışı təmin edilib.
“35 ildən sonra axır ki, gəlib çıxmışam öz torpağıma. Hələ də şokdayam”, – Cəbrayıl sakini deyib.
Başqa bir sakin isə doğma kəndinə qayıdış sevincini belə ifadə edib:
“Bu gün, həqiqətən, çox sevincliyəm. Buradan çıxanda bir yaşım vardı. Şəxsi xatirələrim elə də çox deyil. Amma böyüklərdən, qohumlardan, atamdan daha çox eşitdiyim hekayələr, onların burada yaşadığı uşaqlıq illəri məni hər zaman buraya bağlayıb. Həmişə bu günü gözləmişik”.
Qeyd edək ki, köç edən ailələr ölkənin müxtəlif bölgələrində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşıblar. İndi isə onlar doğma yurdlarına qayıdaraq burada daimi yaşayışlarını davam etdirəcəklər.
#Cəbrayıl teqi istifadə olunub
- Soltanlıda aparılan tikinti-quruculuq işləri sürətlə davam etdirilir - Baku TV
- 65 ailənin yurd həsrəti bitdi | Xocalı, Ağdərə və Cəbrayıla qayıdan sakinlərin sevinci - Baku TV
- DİN, Baş Prokurorluq və ANAMA Cəbrayıldakı hadisə barədə birgə məlumat yaydı - Baku TV CANLI
- Cəbrayıl rayonunda mina partladı | 1 nəfər xəsarət alıb - Baku TV
- “Nə qədər ömrümüz varsa...” | Doğma yurduna gedən sakinlər duyğularını bölüşdü - Baku TV
