Pleyeri seçin:
Birinci Qarabağ müharibəsində itkin düşən daha bir şəhid dəfn edildi
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Füzuli rayonunun Bala Bəhmənli kənd qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Mehdiqulu Mədət oğlu Quliyevlə Beyləqan rayonunun Milabad qəsəbəsində vida mərasimi keçirilib.
Şəhidin nəşi Beyləqan rayonunun Milabad qəsəbə qəbiristanlığında dəfn olunub.
Dəfn mərasimində şəhidin doğmaları, Beyləqan Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Kopyalandı
