“Biz uşaqlara nə veririksə, onu da alırıq” | Məktəbdə intizam necə qorunmalıdır? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Sosioloq Üzeyir Şəfiyev Baku TV-yə açıqlamasında məktəblərdə şagirdlər arasında aqressiyanın artmasının səbəblərindən bəhs edib.
Onun sözlərinə görə, şagirdlərin davranışına, ilk növbədə, ailə, məktəb və sosial şəbəkələrdəki mühit təsir göstərir. Ailədə valideynlər, eləcə də valideynlə övlad arasında olan münasibətlərdə aqressiv davranışların olması uşaqların psixologiyasına mənfi təsir göstərir.
O qeyd edib ki, məktəb mühitində şagirdlərin bir-birini alçaltması, təhqiredici ifadələr işlətməsi, həmçinin müəllim-şagird münasibətlərindəki problemlər də aqressiyanın yaranmasına səbəb olur.
Üzeyir Şəfiyev sosial şəbəkələrin də bu prosesə təsir etdiyini vurğulayıb. O bildirib ki, xüsusilə “TikTok” və digər platformalarda aqressiyanı təşviq edən paylaşımların yayılması şagirdlərin davranışlarına birbaşa təsir göstərir.
Sosioloqun fikrincə, aqressiya xüsusilə 11-16 yaş arası yeniyetmələrdə daha qabarıq müşahidə olunur. Bu dövrdə orqanizmdə baş verən fizioloji və psixoloji dəyişikliklər də davranışlara təsir edir. Buna görə də həmin yaş qrupundakı şagirdlərlə tərbiyəvi işlərin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
#Üzeyir Şəfiyev teqi istifadə olunub
- Uzunömürlülüyün arxasında hansı sağlamlıq riskləri dayanır? - Baku TV
- Ailədaxili münaqişələrin arxasında kimlər dayanır? | Ekspertdən açıqlama
- Azərbaycanda qadın hüquqları pozulurmu? | Ekspertlər arasında qalmaqal
- Azərbaycan qadınları əsl azadlığı istəyir, yoxsa...? | Elmir Əkbərdən açıqlama
- Əmək bazarında işsizlərin neçə faizi qadınlardır? | Statistika açıqlandı
