Pleyeri seçin:

"Qəlbimdə çox sevdiyim biri var, amma yanıma gəlmədi" | "Mən həyatdan doymamışam" - ARZUNUN VAXTI

31 oktyabr 2026 406 baxış

“Arzunun vaxtı” verilişinin yeni buraxılışının qonağı Əməkdar artist Firuzə İbadova olub.

Sənətkar verilişdə səhhətində yaranan problemlərdən, maddi çətinliklərdən və sənət həyatında üzləşdiyi peşmanlıqlardan danışıb.

Firuzə İbadova bildirib ki, 2010-cu ildə insult keçirib, son vaxtlar isə iki dəfə gözündən əməliyyat olunub. O, müalicə xərclərini qarşılamaq üçün evlərindən birini satmağa məcbur qaldığını, hazırda isə kirayədə yaşadığını söyləyib.

“Mən sənətim üçün işləmişəm, sənətimi özümə qul etməmişəm. Çox az məbləğə toylara getmişəm, bəzən oxuyub ödəniş də götürməmişəm. 40-50 toydan imtina edib qastrol səfərlərinə yollanmışam. Çox peşmanam ki, özümü dəyərləndirməmişəm. Gərək birinci özümü düşünəydim”, – deyə sənətkar bildirib.

Əməkdar artist sosial şəbəkələrdə onun estetik əməliyyat etdirməsi ilə bağlı yayılan məlumatlara da aydınlıq gətirib. Bu iddiaların əsassız olduğunu deyən müğənni yazılan xoşagəlməz şərhlərin həm özünə, həm də ailəsinə mənəvi təsir etdiyini vurğulayıb.

Firuzə İbadova sənət dostlarından bəzilərinin çətin günlərində yanında olmadığını da etiraf edib:

“Çox sevdiyim insanlar var, amma çətin günlərimdə bəziləri yanımda olmadı. Maraqlandılar, amma gəlmədilər. Mən onları çox sevirəm. Heç kimdən incikliyimi də açıq demək istəmirəm. Mən çox güclü qadınam, heç vaxt ağlamağı sevmirəm. Bəzən insan danışmır, amma gözləri danışır. Ömrüm boyu susmuşam, indi isə çiyinlərim də, ayaqlarım da yorulub. Hər şeydən yorulsam da, həyatdan hələ doymamışam”.

Banner
Azərbaycanda quş xəstəliklərinə qarşı profilaktik tədbirlər gücləndirilir - ƏSAS XƏBƏR

Azərbaycanda quş xəstəliklərinə qarşı profilaktik tədbirlər gücləndirilir - ƏSAS XƏBƏR

Cəmiyyət
17 noyabr 2026 406 baxış
Dini etiqad azadlığı və dövlət qulluğu | Məcəllədəki müddəa niyə təhrif olunur? - Baku TV CANLI

Dini etiqad azadlığı və dövlət qulluğu | Məcəllədəki müddəa niyə təhrif olunur? - Baku TV CANLI

Cəmiyyət
17 noyabr 2026 406 baxış
"6 nəfər 2 otaqda necə yaşasın?" - Qaz xətti qırıldı, ev çökdü - Ağac aşmasında şirkət günahkardır?

"6 nəfər 2 otaqda necə yaşasın?" - Qaz xətti qırıldı, ev çökdü - Ağac aşmasında şirkət günahkardır?

Cəmiyyət
17 noyabr 2026 406 baxış
Dotasiyanın dayanması rayonlarda məşğulluğa necə təsir edəcək? - Baku TV

Dotasiyanın dayanması rayonlarda məşğulluğa necə təsir edəcək? - Baku TV

Cəmiyyət
17 noyabr 2026 406 baxış
Xocavənd, Cəbrayıl və Zəngilanın kəndlərinə köç karvanları yola salındı - Baku TV

Xocavənd, Cəbrayıl və Zəngilanın kəndlərinə köç karvanları yola salındı - Baku TV

Cəmiyyət
17 noyabr 2026 406 baxış
"Bu, hamının narazılığına səbəb olur" | Tələbələrdən Tibb Universiteti barədə şikayət - Baku TV

"Bu, hamının narazılığına səbəb olur" | Tələbələrdən Tibb Universiteti barədə şikayət - Baku TV

Cəmiyyət
17 noyabr 2026 406 baxış
Xırdalanda bitmək bilməyən qazıntı | Sakinlərin etirazına cavab verən olacaq? - Baku TV

Xırdalanda bitmək bilməyən qazıntı | Sakinlərin etirazına cavab verən olacaq? - Baku TV

Cəmiyyət
17 noyabr 2026 406 baxış
Qızın ölümündən sonra tələbələr nəyə etiraz edir? - Baku TV CANLI

Qızın ölümündən sonra tələbələr nəyə etiraz edir? - Baku TV CANLI

Cəmiyyət
17 noyabr 2026 406 baxış
“Yəqin ki, biri gəlib, evimdə sayacaq” | Yumurta və südün qeydiyyatı necə aparılacaq? - Baku TV

“Yəqin ki, biri gəlib, evimdə sayacaq” | Yumurta və südün qeydiyyatı necə aparılacaq? - Baku TV

Cəmiyyət
17 noyabr 2026 406 baxış
Tibb Universitetində nə baş verir? | Tələbələrdən narazılıq - Baku TV

Tibb Universitetində nə baş verir? | Tələbələrdən narazılıq - Baku TV

Cəmiyyət
17 noyabr 2026 406 baxış
Seçilmişlər
icon