Bu kənddə evləri niyə inəklərlə isidirlər? - Məscidin zirzəmisində görün nə tapıldı - KƏNDİNƏ QAYIT
Yeniliklərdən dərhal xəbərdar olun
“Kəndinə qayıt” verilişinin yeni buraxılışında Qubanın Xınalıq kəndinə səyahət edilib.
Xınalıq Qafqaz Albaniyasının qədim tayfalarından olan və Şahdağ xalqlarının nümayəndəsi sayılan xınalıqlıların tarixi məskənidir.
Əfsanəvi Xınalığı daha da maraqlı və sirli edən onun evlərinin qeyri-adi quruluşudur. Buradakı tikililər piramida formasındadır, bir evin həyəti digər evin damına açılır. Evlərin əksəriyyəti ikimərtəbəlidir: yuxarı mərtəbə insanların yaşaması, aşağı mərtəbə isə mal-qaranın saxlanılması üçün nəzərdə tutulub.
Kənd sakinlərinin dediyinə görə, mal-qara alt mərtəbədə olduqda evlər qışda daha isti olur.
Verilişdə həmçinin kənddə yerləşən Şeyx Şalbuz məscidi haqqında da məlumat verilib.
Xınalıq Tarix-Etnoqrafiya Muzeyinin elmi işçisi İzzət Bağırovun sözlərinə görə, məscidi ziyarət edən Dövlət Turizm Agentliyinin əməkdaşı ibadət yerinin zirzəmisində qədim əlyazmalar aşkar edib:
“Bu əlyazmalar ərəb və fars dillərindədir. Onların bir çoxu Xınalıq xəttatları tərəfindən yazılıb. Əlyazmalar arasında nikah şəhadətnaməsi də var”.
#Quba teqi istifadə olunub
- “Əvvəl keçirdi, indi evlərimizə kimi girir!” | Sakinlər niyə acınacaqlı halda qalıb? - Baku TV
- “Məktəbdə deyirlər ki, dərs keçə bilmərik” | 11 yaşlı qız niyə təhsildən kənarda qalıb? - Baku TV
- Qubada dəhşətli hadisə | Həyatını itirən kişinin qardaşı hər şeyi danışdı - Baku TV
- "8 qəpiyə verəcəyik, 2 günə bağı qurtarıram" | Quba bağlarında məhsuldarlıq niyə azalıb? - Baku TV
- Qubada Anım Günü ilə əlaqədar Şəhidlər xiyabanı ziyarət edilib - Baku TV
