Bu qarınqulu heyvanlar fermerlərin başını necə bəlaya saldı?
Son otuz ildə İspaniyanın coğrafiyasında baş verən dəyişikliklər dovşanların kolluqdan əkinçilik sahələrinə köçməsinə səbəb olub.
Bu heyvanlardan ən çox fermerlər əziyyət çəkirlər, çünki onlar hər il 800 min hektar ərazini məhv edirlər.
Dovşanların qarınqululuğu demək olar ki, bütün kənd təsərrüfatı bitkilərinə, bağlara, kollara və hətta meyvə ağaclarına təsir edir, çünki ağacın qabığını yeyir və onu məhv edirlər.
Alimlər tərəfindən aparılan araşdırmalar göstərir ki, 1990-cı illərdən bəri kənd əhalisinin azalması və müvafiq olaraq meşə örtüyünün çoxalması iri ov növlərinin sayının artmasına səbəb olub. Bu da öz növbəsində dovşanları yırtıcıların hədəfinə çevirib. Onların ovu olmamaq üçün dovşanlar meşələri kənd təsərrüfatı ərazilərinə dəyişməyi üstün tutublar.
#İspaniya teqi istifadə olunub
- Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb
- İspaniyada baş verən kütləvi iğtişaşlar ciddi gərginliyə səbəb olub - Baku TV CANLI
- Madriddə minlərlə insan pensiya sisteminin özəlləşdirilməsinə qarşı çıxıb
- İspaniya paytaxtı minlərlə insanı birləşdirən etiraz aksiyası ilə gündəmə gəldi - Baku TV
- İsrail və İspaniya arasında diplomatik gərginlik daha bir qarşıdurma ilə dərinləşib - Baku TV CANLI
