Bu tarixdə Bakı metrosunda dəyişikliklər ediləcək
Yeniliklərdən dərhal xəbərdar olun
20 Yanvar faciəsinin ildönümü günü “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətində silsilə tədbirlər planlaşdırılıb və metronun iş rejimində dəyişikliklər ediləcək.
Bu barədə qurumdan məlumat verilib. Bildirilib ki, yanvarın 19-dan 20-nə keçən gecə “20 Yanvar” stansiyasının sütunlarına və şəhidlərin adlarının həkk olunduğu lövhələrin yerləşdiyi vestibül sahələrində divarlara qərənfil tərtibatlı çələnglər asılacaq. Bütün stansiyalarda mərkəzləşmiş radio şəbəkəsi vasitəsilə vətənpərvərlik mövzusunda musiqi parçaları səsləndiriləcək.
“20 Yanvar”, həmçinin Şəhidlər xiyabanına ən yaxın ərazilərdə yerləşən “İçərişəhər” və “Elmlər Akademiyası” stansiyalarında da gücləndirilmiş iş rejimi tətbiq olunacaq. Şəhidlərin xatirəsinə bir dəqiqəlik sükut mərasimi 12:00-da Bakı metropoliteninin bütün stansiyalarında keçiriləcək və qatarlardan 1 dəqiqə ərzində fasiləsiz fit veriləcək.
#Bakı Metropoliteni teqi istifadə olunub
- Bakı metrosunda sərnişinlər üçün yenilik | Stansiyada hansı işlər görülüb - ƏSAS XƏBƏR
- Metronun bu stansiyasında daha hansı işlər görülüb? - “Məkik hərəkət ləğv ediləcək” - Baku TV
- Sərnişinlərin nəzərinə | Metroda sizi hansı dəyişiklik gözləyir? - Baku TV CANLI
- Yeni nəqliyyat layihəsi şəhərdə gediş-gəlişi necə dəyişəcək? - ANA XƏBƏR
- Paytaxtda yeni nəqliyyat layihəsi | Kanatla sərnişindaşıma tıxacları azalda bilər? - Baku TV
