Bu xəbər kişiləri məyus edəcək | Qarın piylənməsi bundan asılıdır?
Yeniliklərdən dərhal xəbərdar olun
Piylənmə kimi ürək-damar risk faktorları olan kişilərin beyin sağlamlığı eyni problemli qadınlardan 10 il tez pozulur.
Böyük Britaniyanın alimləri bununla bağlı araşdırma aparıblar. Tədqiqat nəticəsində məlum olub ki, ürək-damar xəstəlikləri riskinin artması və qarın nahiyəsində yağ yığılması beyindəki boz maddənin həcminin azalması ilə əlaqələndirilir. Bu dəyişikliklər beynin eşitmə, görmə, qavrayış və yaddaş sahələrinə təsir göstərir.
Təhlildə Böyük Britaniya Biobankından orta yaşı 63 olan 34 425 iştirakçının məlumatlarından istifadə edilib. İştirakçılar beyin, qarın skanları və ürək-damar riskinin qiymətləndirilməsindən keçiblər.
Voksel morfometriya metodu beyin strukturunda dəyişiklikləri ölçməyə və onları ürək-damar risk faktorları ilə əlaqələndirməyə imkan verib. Nəticələr göstərib ki, kişilərdə ürək-damar riski və piylənmənin beyin həcminə mənfi təsiri 55-74 yaş arasında, qadınlarda isə 65-74 yaş arasında müşahidə olunub.
Alimlər belə qənaətə gəliblər ki, xüsusilə 55 yaşdan kiçik kişilər arasında ürək-damar riskini və piylənməni azaltmaq üçün erkən müdaxilə lazımdır.
#Piylənmə teqi istifadə olunub
- Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir
- Bəzi şişlərin inkişaf riskini piylənmə artırır?
- Gecə yemək kökəldir: həqiqət, yoxsa mif? - Piylənmə hansı xəstəliklərin riskini artırır? - BAKU MED
- “İnsan sırf qidalanmaq naminə zövqlərdən uzaqlaşır” | Psixiatr
- Ciddi xəstəliklərin yaranma riski artır
