Bu, xudatlıların çoxdankı arzusu idi | Xaçmazda genişmiqyaslı abadlıq işləri aparılır
Xaçmazda genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri davam etdirilir.
Son illər Xudatda həyata keçirilən işlər şəhərin simasını tamamilə dəyişib. Ötən il 26 küçəyə asfalt salınıb, yeni işıqlandırma sistemləri quraşdırılıb.
Hazırda Xudatın küçə və prospektlərində səkilərə tamet döşənir, mərkəzi küçələrdə velosiped zolaqları salınır.
Şəhər sakininin sözlərinə görə, Xudatda mərkəzi küçədə velosiped zolağının salınması xudatlıların çoxdankı arzusu idi:
“İnanırıq ki, bundan sonra da Xudat şəhərində belə geniş abadlıq işləri davam etdiriləcək”.
Rayonda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində bir sıra tədbirlər həyata keçirilir, magistral yolların kənarına, park və xiyabanlara xeyli sayda ağac və gül kolları əkilir.
Qeyd edək ki, infrastruktur layihələrinin icrası ardıcıl şəkildə davam etdiriləcək.
#Xaçmaz teqi istifadə olunub
- Xaçmazda evə dolan zərərvericilər sakinləri bezdirdi - Baku TV
- Qəhvəyi mərmər bağacığının kütləvi yayılması sakinləri çətin vəziyyətə salıb - Baku TV
- Xaçmazda 9 nəfərin xəsarət aldığı ağır qəzanın baş verdiyi yerdən görüntülər - Baku TV
- Xaçmazdakı dəhşətli cinayəti törətməkdə təqsirləndirilən şəxsə hökm oxundu - Baku TV
- "Gəl Dost Olaq" Çərpələng Festivalının iştirakçıları təəssüratlarını bölüşdü - Baku TV
