Pleyeri seçin:
Bu yolun halını görənlər geriyə qayıdır | “Xəstə anamı 5 nəfərlə qucağımıza alıb apardıq” - Baku TV
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Quba rayonunun Zərqava kəndinin İnqilab məhəlləsində yaşayan sakinlər yol problemindən əziyyət çəkirlər.
Baku TV-nin qaynar xəttinə müraciət edən vətəndaşlar aidiyyəti qurumlardan kömək istəyirlər.
“Anamın vəziyyəti ağırlaşdı, yaşlı qadındır. Təcili yardım çağırdıq. “UAZ” markalı maşın belə evimizə gəlib çata bilmədi. Onu qucağımıza alaraq beş-altı nəfərlə kəndin mərkəzinə qədər apardıq, oradan xəstəxanaya çatdırdıq”, – sakinlərdən biri bildirib.
Digər sakin isə belə deyib:
“Uşaqlar məktəbə gedə bilmirlər. Palçıqdan ayaqqabı da, paltar da yararsız olur. Təcili yardım xəstə öləndən sonra gəlib çatır. Bələdiyyəyə şikayət edirik, deyirlər ki, özünüz həll edin”.
Kopyalandı
#Quba teqi istifadə olunub
- “Əvvəl keçirdi, indi evlərimizə kimi girir!” | Sakinlər niyə acınacaqlı halda qalıb? - Baku TV
- “Məktəbdə deyirlər ki, dərs keçə bilmərik” | 11 yaşlı qız niyə təhsildən kənarda qalıb? - Baku TV
- Qubada dəhşətli hadisə | Həyatını itirən kişinin qardaşı hər şeyi danışdı - Baku TV
- "8 qəpiyə verəcəyik, 2 günə bağı qurtarıram" | Quba bağlarında məhsuldarlıq niyə azalıb? - Baku TV
- Qubada Anım Günü ilə əlaqədar Şəhidlər xiyabanı ziyarət edilib - Baku TV
