Bunları bilmədən yola çıxmayın | Yol polisindən əhaliyə vacib çağırış
Qurban bayramı və tətil günləri ilə əlaqədar olaraq paytaxtdan bölgələrə səfər edən vətəndaşların sayında artım gözlənilir. Bu səbəbdən həm şəhərdaxili, həm də respublika yollarında nəqliyyat sıxlığının yaranması və qəza riskinin artması ehtimal olunur.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) əhaliyə müraciətində qeyd olunub.
"Yol hərəkətində təhlükəsizliyin təmin olunması məqsədilə sizi vacib qaydalara əməl etməyə çağırırıq:
Avtomobildə hərəkətdə olarkən təhlükəsizlik kəmərindən istifadə edin;
Nəqliyyat vasitəsinin texniki sazlığını öncədən yoxlayın;
Mümkün olduqda səhər saatlarında yola çıxın;
Nəqliyyat vasitəsi istehsalçısı tərəfindən müəyyən edilmiş saydan artıq uşaqlar da daxil olmaqla sərnişin daşımayın;
Sürət həddini aşmayın, ötmə manevrlərini yalnız qaydalara uyğun şəkildə həyata keçirin;
Sərxoş və ya yorğun vəziyyətdə sükan arxasına əyləşməyin.
Unutmayın, polis əməkdaşları bayram günlərində də respublika yollarında və şəhər ərazilərində fasiləsiz xidmət göstərir, sizin təhlükəsiz və rahat istirahətiniz üçün çalışırlar.
Siz də məsuliyyətli davranaraq özünüzü və yaxınlarınızı qoruya, təhlükəsizliyin təmininə töhfə verə bilərsiniz", ‒ deyə müraciətdə qeyd olunub.
#Daxili İşlər Nazirliyi teqi istifadə olunub
- Qaradağda məktəb direktorunun avtomobilini yandıran kim imiş? - DİN-dən məlumat - Baku TV
- Məktəbli forması ilə bağlı münaqişə yaradan 37 nəfər həbs olundu | DİN-dən açıqlama - Baku TV
- Sürücülərin nəzərinə | Paytaxtın hansı ərazilərində nəqliyyatda dəyişiklik olacaq? - Baku TV CANLI
- Paytaxtın əsas prospektlərində mümkün sıxlıqla bağlı xəbərdarlıq edildi - Baku TV
- Yola çıxmazdan əvvəl marşrutunuzu yenidən nəzərdən keçirin - Baku TV CANLI
