Pleyeri seçin:

"Bunu müştəriyə necə verək?!" | Kuryerlər təngə gəldi | "McDonald's" deyir ki, belədir!" - Baku TV

28 avqust 2026 183 baxış

“McDonald's”la əməkdaşlıq edən kuryerlər çatdırılma zamanı istifadə edilən paketlərin keyfiyyətsizliyindən narazıdırlar.

Onların sözlərinə görə, xüsusilə su və digər maye məhsulların daşınması zamanı qablaşdırma islanır, cırılır və sifarişlər zədələnir.

Kuryerlər bildirirlər ki, qablaşdırmanın yararsız hala düşməsi və müştərinin sifarişi qəbul etməməsi nəticəsində yaranan maddi zərər onların hesabından tutulur.

“Paket cırıldı deyə müştəri sifarişi təhvil götürmədi. Məndən də 44 manat 40 qəpik pul çıxıldı. Müştəri 50-60 manatlıq sifariş verib, evində oturacaq, biz onun pulunu ödəyəcəyik?! Bu nə dərəcədə doğrudur?!”, – deyə kuryer Dayandur Hümbətov narazılığını bildirib.

Kuryerlərin şikayəti ilə bağlı restoranlar şəbəkəsinə müraciət edilib. Bakıxanov qəsəbəsində yerləşən “McDonald’s” filialında onlara baş ofislə əlaqə saxlamaları tövsiyə olunub.

Azərbaycan İstehlakçılar Şurasının sədri Roman Qaraşov məsələ ilə bağlı bildirib ki, sifarişin zədələnməsinə görə ödənişin avtomatik şəkildə kuryerin üzərinə qoyulması hüquqi baxımdan düzgün yanaşma deyil:

“Əvvəlcə müəyyən edilməlidir ki, zərər nədən yaranıb. Kuryer sifarişlə ehtiyatsız davranıbsa, onun məsuliyyəti məsələsi ortaya çıxa bilər. Amma problem restoranın təqdim etdiyi qablaşdırmadan yaranıbsa, bütün məsuliyyəti kuryerin üzərinə qoymaq əsaslandırılmış hesab oluna bilməz”.

Banner
“Sən o demaqoqlara qoşulma, get evə!” | Binanın komandantı çəkilişi biləndə əl-ayağa düşdü - Baku TV

“Sən o demaqoqlara qoşulma, get evə!” | Binanın komandantı çəkilişi biləndə əl-ayağa düşdü - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 183 baxış
Hansı məhsulların qiyməti qalxacaq? - Gələn il bahalaşma ola bilər, çünki... - Baku TV CANLI

Hansı məhsulların qiyməti qalxacaq? - Gələn il bahalaşma ola bilər, çünki... - Baku TV CANLI

Cəmiyyət
28 oktyabr 2026 183 baxış
“Deyirlər, qadından siyasətçi olmaz” | Qadınların cəmiyyətdə rolu necə gücləndirilməlidir? - Baku TV

“Deyirlər, qadından siyasətçi olmaz” | Qadınların cəmiyyətdə rolu necə gücləndirilməlidir? - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 183 baxış
“O puldan xeyli yedi, camaatın əli çatmadı” | Sakinlərin başına oyun açan problem - Baku TV

“O puldan xeyli yedi, camaatın əli çatmadı” | Sakinlərin başına oyun açan problem - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 183 baxış
"Anaların balaları ilə öldüyü gündür" | Bərdə terrorunun qurbanlarının xatirəsi anıldı - Baku TV

"Anaların balaları ilə öldüyü gündür" | Bərdə terrorunun qurbanlarının xatirəsi anıldı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 183 baxış
Xırdalanda baş verən hadisə görənləri təşvişə saldı | Sürücülər hər an təhlükə ilə üz-üzə - Baku TV

Xırdalanda baş verən hadisə görənləri təşvişə saldı | Sürücülər hər an təhlükə ilə üz-üzə - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 183 baxış
“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 183 baxış
150 işəgötürən tərəfindən 1000-ə qədər vakansiya təqdim olunub

150 işəgötürən tərəfindən 1000-ə qədər vakansiya təqdim olunub

Cəmiyyət
28 oktyabr 2026 183 baxış
Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
28 oktyabr 2026 183 baxış
150-dən çox şirkət işçi axtarır | Bir ünvan, yüzlərlə iş imkanı! - Bakıda əmək yarmarkası - Baku TV

150-dən çox şirkət işçi axtarır | Bir ünvan, yüzlərlə iş imkanı! - Bakıda əmək yarmarkası - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 183 baxış
Seçilmişlər
icon