Pleyeri seçin:

Burun damcıları aslılıq yaradır, yoxsa…? | Dəhşətli nəticələr açıqlandı

07 may 2025 702 baxış

Soyuqdəymə zamanı bir çox insan burun tıxanıqlığından tez xilas olmaq üçün damarları daraldan damcılardan və spreylərdən istifadə edir. Lakin bu cür vasitələrdən qeyri-düzgün və uzunmüddətli istifadə sağlamlıqla bağlı ciddi problemlərin yaranmasına gətirib çıxara bilər.

Bu barədə rusiyalı həkim Viktoriya Rudenko danışıb.

"İnsan burunun selikli qişasının şişkinliyini azaltmaq üçün damcılardan istifadə edir, lakin əvəzində o, daha da böyüməyə davam edir. Bu da hipertrofik proseslərə gətirib çıxarır ki, bu zaman aşağı burun çanağı həddindən artıq böyümüş olur", ‒ deyə mütəxəssis bildirib.

Əgər insan damcılardan asılı vəziyyətə düşürsə, onlardan istifadə etmədiyi zaman eşitmə borusunda şişkinlik yaranır və nəticədə eşitmə zəifləyir.

Viktoriya Rudenko bildirib ki, ağırlaşmış hallarda problemdən yalnız cərrahi müdaxilə ilə xilas olmaq mümkündür. Bu zaman burnun böyümüş toxuması səliqəli şəkildə yandırılır.

Vəziyyətin əməliyyata qədər çatmaması üçün həkim damarları daraldan damcılardan imtina etməyi tövsiyə edir. İmtina müddətini asanlaşdırmaq üçün burnun yuyulması, nəmləndirici vasitələrdən istifadə, şişkinliyi və tıxanıqlığı aradan qaldırmaq üçün antihistamin preparatlar, həmçinin yerli hormonal iltihabəleyhinə vasitələrdən istifadə etmək məsləhət görülür.

Banner
Hacı Zeynalabdin Tağıyev küçəsinin sakinləri təmirdən narazıdır

Hacı Zeynalabdin Tağıyev küçəsinin sakinləri təmirdən narazıdır

Cəmiyyət
07 noyabr 2026 702 baxış
"Var-dövlət qazanıram, qız tapa bilmirəm" | "Toyuma gəlməyənləri cərimə edəcəyəm" - ARZUNUN VAXTI

"Var-dövlət qazanıram, qız tapa bilmirəm" | "Toyuma gəlməyənləri cərimə edəcəyəm" - ARZUNUN VAXTI

Cəmiyyət
07 noyabr 2026 702 baxış
Yağışlı hava şəraitində sürücülərə xəbərdarlıq edilib - Baku TV CANLI

Yağışlı hava şəraitində sürücülərə xəbərdarlıq edilib - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 702 baxış
Düşmənin belini qıran Azərbaycan Ordusunun Zəfər yolu | Qürurverici görüntülər - Baku TV

Düşmənin belini qıran Azərbaycan Ordusunun Zəfər yolu | Qürurverici görüntülər - Baku TV

Cəmiyyət
07 noyabr 2026 702 baxış
Yük maşınlarının hərəkəti sakinlərin narazılığına səbəb olub

Yük maşınlarının hərəkəti sakinlərin narazılığına səbəb olub

Cəmiyyət
07 noyabr 2026 702 baxış
Metrodan istifadə edənlərin nəzərinə | Bu tarixdən etibarən... - Baku TV CANLI

Metrodan istifadə edənlərin nəzərinə | Bu tarixdən etibarən... - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 702 baxış
"Bu yola bir əlac etsinlər" | Xırdalanda vətəndaşların asfalt dərdi - Baku TV

"Bu yola bir əlac etsinlər" | Xırdalanda vətəndaşların asfalt dərdi - Baku TV

Cəmiyyət
07 noyabr 2026 702 baxış
Hökməli sakinlərini boğaza yığan yol problemi niyə həll edilmir? - Baku TV CANLI

Hökməli sakinlərini boğaza yığan yol problemi niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 702 baxış
"Dedi, ay ana, kimə atmısan?" - Bank kartı sifariş edən qadının başına necə oyun açdılar? - Baku TV

"Dedi, ay ana, kimə atmısan?" - Bank kartı sifariş edən qadının başına necə oyun açdılar? - Baku TV

Cəmiyyət
07 noyabr 2026 702 baxış
"Neçə ildir bura bu gündədir" | Hökməlidə sakinlərin problemi niyə bu həddə çatdı? - Baku TV

"Neçə ildir bura bu gündədir" | Hökməlidə sakinlərin problemi niyə bu həddə çatdı? - Baku TV

Cəmiyyət
07 noyabr 2026 702 baxış
Seçilmişlər
icon